yihənin üçüncü  mərhələsi çərçivəsində “EcoTEAM” dən seçilmiş 5 nəfər gənc Gəncə şəhərində 5, 6, 8, 20 və 28 nömrəli tam orta məktəblərdə şagirdlərlə infosessiyalarda iştirak edərək qazandıqları bilik və təcrübələri onlarla bölüşüblər.

Görüşlərdə gənclər şagirdlərlə  “İqlim dəyişmələri”, “COP 29 və nəticələri”, “Dayanıqlı İnkişaf Məqsədləri” və “Dünya iqlim ölkələri” mövzularında müzakirələr aparıblar, interaktiv oyunlar, simulyasiyalar təşkil ediblər.

Gənclər bu mərhələdən öncə eyni mövzuda təlim kursunda və şəhər ərazisində təşkil olunan təmizlik aksiyasında iştirak ediblər.

Layihənin məqsədi regionda yaşayan ekofəal gənclərdən ibarət şəbəkə formalaşdırmaq və ətraf mühitin mühafizəsi ilə bağlı gənclər arasında məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilib.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan