ERASMUS + (Erasmus Plus) təhsil, peşə hazırlığı, gənclik və idman sahəsində əməkdaşlığı dəstəkləmək məqsədi ilə yaradılan Avropa Birliyinin proqramıdı.
Erasmus+ hər kəs üçün – tələbələrə, işçi heyətinə, təlimçilərə, müəllimlərə və könüllülərə bir çox imkanlar yaradır. Erasmus+ proqramının müxtəlif açar fəaliyyətləri mövcuddur ki, onlar da müvafiq sahələrdə proseslərin icrasını təmin edir.
“Gələcəyə Körpü” də uzun illərdir ki, Erasmus+ Proqramı üzrə əməkdaşlıq edir. Belə ki, təşkilatımız Erasmus+ Proqramı və tərəfdaş ölkələrdə icra edilən müxtəlif mövzularda (gənclərin iştirakçılığı və gənclər işi, könüllülük, layihələrin hazırlanması və idarə edilməsi, inklüzivlik, gender bərabərliyi, icma inkişafı və s.) olan layihələrə yerli gənclərin mübadiləsini təmin edir. Həmin fəaliyyətlər qısa müddətli olaraq təlim kursları, gənclik mübadiləsi, konfrans, forum, təhsil səfəri formatlarında olur.
“Bridge to the Future” Youth Union (Union) – is a national non-governmental organization established in April 2000 by youth initiative.
28 May str. 34, Ganja city, Azerbaijan