“Gəncədə qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlərə start verildi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Gəncə qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təlim kursları həyata keçirilir. Layihənin məqsədi Gəncə şəhərində yaşayan 16-29 yaş arası olan qadın və qızların ilkin sahibkarlıq-biznes üzrə bilik və bacarıqlarının formalaşdırılması və real sahibkarlıq bazarına çıxış imkanlarının artırılmasıdır. Təlim kursunda Gəncədə yaşayan öz biznes ideyası ilə fərqlənən və məqsədi  biznes fəaliyyətinə başlamaq olan  qadın və qızlara biznes-sahibkarlıq bilikləri, bacarıqları və imkanları barədə məlumat verilir. Bu bacarıqlar arasında sahibkarlıq sahəsində də geniş tətbiq edilən rəqəmsal (SMM və digər vasitələr) bilik və bacarıqlar da yer alır. 4 günlük təlim kursundan sonra layihə çərçivəsində dəyirmi masa görüşü də təşkil ediləcək. Bu  müddət ərzində intensiv olaraq peşəkar ekspertlər tərəfindən sahibkarlıq və biznes sahəsi üzrə ilkin məlumatlardan, biznes ideyasının reallaşdırılmasına qədər müvafiq proseslər və modullar tədris ediləcək. İştirakçılara eyni zamanda dövlət və QHT tərəfindən bu istiqamət üzrə təklif edilən ən son imkanlar, elanlar, proqramlar və layihələr haqqında da məlumat veriləcək.

Gəncədə qadınların sahibkarlığı ilə bağlı layihəyə start verilir.

15 sentyabr 2022-ci il  tarixdən etibarən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi  tərəfindən Gəncə şəhərində  “qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişafı” layihəsi icra edilir. Layihənin məqsədi Gəncə şəhərində yaşayan 18-29 yaş arası olan qadın və qızların ilkin sahibkarlıq-biznes üzrə bilik və bacarıqlarının formalaşdırılması və real sahibkarlıq bazarına çıxış imkanlarının artırılmasıdır. Layihə zamanı Gəncədə yaşayan öz biznes ideyası ilə fərqlənən və məqsədi  biznes fəaliyyətinə başlamaq olan  qadın və qızlara biznes-sahibkarlıq bilikləri, bacarıqları və imkanları barədə məlumat veriləcək. Bu bacarıqlar arasında sahibkarlıq sahəsində də geniş tətbiq edilən rəqəmsal (SMM və digər vasitələr) bilik və bacarıqlar da yer alır. İcra zamanı seçiləcək 20 nəfər regionda yaşayan qadına 4 gün təlim kursu və 1 gün dəyirmi masa görüşü təşkil ediləcək. Bu  müddət ərzində intensiv olaraq peşəkar ekspertlər tərəfindən sahibkarlıq və biznes sahəsi üzrə ilkin məlumatlardan, biznes ideyasının reallaşdırılmasına qədər müvafiq proseslər və modullar tədris ediləcək. İştirakçılara eyni zamanda dövlət və QHT tərəfindən bu istiqamət üzrə təklif edilən ən son imkanlar, elanlar, proqramlar və layihələr haqqında da məlumat veriləcək.

Gəncə şəhərində Strateji İşçi Qrupunun II Regional Görüşü təşkil olundu

“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Gəncə şəhərində “Strateji İşçi Qrupunun II Regional Görüşü” təşkil olundu. Görüş zamanı Aqrar məsləhət xidməti təzhizatçılarının təlim ehtiyaclarının qiymətləndirilməsi, Regionda mövcud olmayan aqrar məsləhət xidmətləri və məhsulları, “Məktəblilərin aqrar təhsil və aqrar məsləhət xidmətlərinə dair biliklərinin və məlumatlılığının artırılması” layihəsi, Gəncə şəhərində təşkil olunacaq İnnovasiya Festivalı” və “2023-2025-ci illər üçün Gəncə-Daşkəsən və Tovuz-Qazax iqtisadi rayonlarında aqrar məsləhət xidmətlərinin ilə təminat üzrə Regional Proqram”a dair müzakirələr olundu, iştirakçıların təklifləri dinlənildi. Tədbirdə Samux, Ağstafa və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), Pomidor, Günəbaxana və Sorqum Əmtəə Əsaslı Aqrar Məsləhət Platformasının, Gəncə Aqrar Təlim Mərəkəzinin nümayəndələri və ekspertlər iştirak etdilər. Gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparıldı. “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir.

Gəncə-Qazax regionunda Əmtəə Əsaslı Aqrar Məsləhət Platforması üzvləri üçün Xidmət Təminatçıları Məlumat Bazası yaradılır

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi çərçivəsindəGəncə- Qazax regionunda fəaliyyət göstərən ən azı 50 məsləhətçidən ibarət Əmtəə Əsaslı AqrarMəsləhət (ƏƏAM) Platformasının üzvləri üçün Xidmət Təminatçıları Məlumat Bazası yaradılır. Xidmət təminatçıları bazasının əsas işi ƏƏAM platforması üzvləri üçün maliyyəresursları/imkanları yaratmaq məqsədilə ölkə üzrə kənd təsərrüfatı sahəsində çalışan AMXprovayderlərinin məlumat bazasının yaratmaq və artırmaqdır. Həmçinin də fasilitatorlaratədqiqat, akademik və məsləhət sektorundan, məhsul alıcılarından, giriş satıcılarından, kreditxidmətlərindən və s. (ən azı 50 məsləhətçi) olan özəl və ictimai məsləhətçilər şəbəkəsini artırmaqüçün fəal şəkildə kömək etməkdir. Xidmət Təminatçıları, həm ƏƏAM üzvlərinin tələb etdiyi məsələlər üzrə məsləhət xidmətlərigöstərmək üçün lazım gəldikdə yerli və regional AMX sektorundan müvafiq mütəxəssisləri cəlbetməli, həm də ƏƏAM platformalarına vəsait cəlb etmək üçün biznes imkanlarını müəyyənetməlidir. İlkin mərhələdə ekspertimiz Cəfər Cəfərli özəl və dövlət aqrar təminatçıları şəbəkəsininməlumat bazasının artırılması üzrə gələcək addımları ətraflı müzakirə etmək üçün 3 rayondan(Samux, Şəmkir, Ağstafa) olan tədqiqat, akademik və məsləhət sektorundan, çıxış alıcılarından,giriş satıcılarından, kredit xidmətlərindən və s. əsasən, dəyər zəncirini əhatə edən aqrartəminatçılarla görüşüb. Hazırda platformaya qoşulmaq üçün Gəncə-Qazax regionundan olan 20nəfərlə görüşülüb və onların razılığı əldə olunub, proses 50 nəfər üzv tamamlananadək davamedəcək.

Daha bir yerli gəncimiz Polşada uzunmüddətli könüllülük layihəsinə start verib.

Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Polşanın Krakov şəhərində “Gələcəyə Körpü” GİB vasitəsilə daha bir yerli gənc – İlahin Hüseynov öz könüllülük fəaliyyətinə başlayıb. 9 aylıq layihə müddətində İlahin Krakovda olan uşaq bağçalarının birində sosial fəaliyyətlərin icrasına dəstək olacaq. Uşaqların asudə vaxtının səmərəli keçirilməsi, onlar üçün müxtəlif oyunlar, dil kursları və s. təşkil olunması prosesinə cəlb olunacaq. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en

Resurs Mərkəzi Tovuzda gənclər üçün seminarlar təşkil edib.

11-12 dekabr, 2021-ci il tarixlərində Tovuz “ASAN HƏYAT” Kompleksində Resurs Mərkəzinin istiqamətləri üzrə region gəncləri üçün seminarlar təşkil edilib.  Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icrası davam etdirilən “Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi” Tovuz rayonunda sessiyalar təşkil edib. Layihənin məqsədi Azərbaycanın Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır. Region gənclərinə sahibkarlıq təhsili üzrə “Sahibkarlıqda marketinq” mövzusu, icma inkişafı üzrə isə “gənclərin ictimai iştirakçılığı” mövzularında sessiyalar verilib. Sessiyaları Resurs Mərkəzinin ekspertləri təqdim ediblər.  Sessiyalar qeyri-formal təhsil metodları ilə icra edilib və 20-ə yaxın region gəncini əhatə edib.  Qeyd edək ki, fəaliyyətlər ASAN Könüllülük Məktəbinin əməkdaşlığı ilə həyata keçirilib.

Resurs Mərkəzinin fəaliyyətləri davam edir.

Erasmus+ Açar Fəaliyyət 2 (KA 2) Proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi daxilində fəaliyyətlər davam etməkdədir. 27.08.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Resurs Mərkəzi nəznində gənclər üçün məşğulluq bacarıqlarının artırılması ilə bağlı praktiki sessiyalar baş tutub. Azərbaycan Texnologiya Universitetinin İKİEM-nin direktoru Zaur Əliyev tərəfindən “İş müsahibələrində davranış” adlı sessiya keçirilib. Sessiyada iştirakçıların diqqətinə müsahibə zamanı namizədlər nələrə diqqət etməlidirlər, buraxılan səhvlər, müsahibə zamanı kommunikasiya nəcə qurulmalı kimi vacib məqamlar çatdırılıb. Daha sonra isə universitetin İKİEM-nin İnsan Resursları üzrə mütəxəssisi Leyla Rzayeva tərəfindən “Doğru CV necə hazırlanmalı?” başlığında seminar keçirilib. Seminarda CV və rezümenin oxşar və fərqli cəhətləri, CV nəyə lazımdır, CV–nin sturukturu, dizaynı, CV-nin tərtib edilməsi prinsipləri, CV-ni necə daha cəlbedici etmək olar, CV-lərdə ən çox yol verilən xətalar və s. məqamlardan söhbət açılıb.

“Gələcəyə Körpü” GİB kənd gəncləri üçün fəaliyyətlər həyata keçirib.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə icra edilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi davam edir. Layihə çərçivəsində 20-21.08.2021-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Qazax rayonunun Daşsalahlı və Şıxlı kəndinə səfər etdi. Səfər ərzində kənd gənclərinə təşkilatın fəaliyyətləri  haqqında məlumat verildi, onlar üçün müxtəlif faydalı təlimlər, praktik bacarıqlar əldə etmələri üçün vörkşoplar və simulyasiya oyunları həyata keçirildi.  Qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır. Məlumat üçün qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır. Bildirmək istərdik ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.

Gəncədə “Gənclər üçün Sahibkarlıq və İcma İnkişafı” Forumu həyata keçirilib.

12-13 iyul, 2021-ci il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclər üçün Sahibkarlıq və İcma İnkişafı”Forumu həyata keçirilib. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icra etdiyi “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi çərçivəsində baş tutan Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı və “ASAN School”un əməkdaşlığı ilə ərsəyə gəlib. ​2 günlük forumda rəsmilər, dövlət və özəl sektordan dəvət edilən spikerlər iştirak edib.  ​Forumun 1-ci günündə Biznes konsultant və peşəkar idarəçi Fəxri Ağayevin, Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadənin, Gəncədə yerləşən “London CoffeeShop”un təsisçisi Mustafa Rəfiyevin, Gəncə KOBİM-in rəhbəri Rəvan Cəfərlinin, “KOB Dostu” departamenti Gəncə KOB Dostu Nəzrin Tağıyevanın və Azərbaycan Texnologiya Universitetinin Elm və Xarici Əlaqələr departamentinin müdiri Ülviyyə Məmmədovanın müvafiq mövzularda panelləri baş tutub. ​Forumun 2-ci günündə Milli Məclisin deputatı Müşfiq Cəfərovun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin direktoru Seymur Vəliyevin və Gəncə şəhəri Gənclər Evinin direktoru Amil Qurbanovun, o cümlədən layihənin mentor-təlimçiləri Sevinc Məmmədova və Seymur Sadıxovun, Dövlət Məşğulluq Agentliyinin layihələrlə iş departamentinin baş mütəxəssisi Rəşidə Abdullayevanın panelləri olub. Sonda isə iştirakçılar üçün Forumda əməkdaşlıq edilən təşkilatların “Gənclər üçün imkanlar” başlığı ilə təqdimatları həyata keçirilib.  ​ Layihə nəznində yaradılan Resurs Mərkəzi Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərəcəkdir. Resurs Mərkəzi 8 ay müddətində müxtəlif fəaliyyətlərin icrasını nəzərdə tutur.

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan

Bizi İzləyin