Gəncədə InnoHub fəaliyyətə başladı.

14 aprel 2025-ci il tarixində Gəncə şəhərində region gənclərinin texnoloji və innovativ bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan InnoHub-ın açılış mərasimi baş tutub. Tədbirdə yerli idarəetmə qurumlarının nümayəndələri, tərəfdaşlar və gənclər iştirak ediblər. InnoHub, Gəncə şəhərində gənclərə tam ödənişsiz, yüksək texnologiyalarla təchiz olunmuş təlim və inkişaf mühiti təqdim edir. Məkan gənclər üçün innovasiya, bilik və texnoloji bacarıqlar mərkəzi olaraq fəaliyyət göstərəcək. Gənclər burada 6 və 4 aylıq proqramlar çərçivəsində veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələrində təlim alacaqlar. Təlimlər layihənin tərəfdaşı olan Div Academy-nin peşəkar təlimçiləri tərəfindən həyata keçirilir. Proqramları uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar. Eyni zamanda, InnoHub məzunları üçün regionda real iş imkanlarının yaradılması da əsas hədəflərdəndir. Tədris proqramları real əmək bazarı tələblərinə və aktual trendlərə əsaslanır. Layihənin əsas məqsədi region gənclərini innovativ düşüncəli, rəqabətədavamlı və peşəkar kadrlar kimi yetişdirməkdir. Layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Div Academy-nin tərəfdaşlığı ilə həyata keçirilir.
Gəncə şagirdləri üçün “Müasir çağırışların carçısı – peşə təhsili” layihəsi davam edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində “Müasir çağırışların carçısı – peşə təhsili” adlı layihəsi qalib olmuşdur. Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və sahənin potensialı ilə valideynlərin düzgün istiqamətdə maarifləndirilməsidir. 2025-ci ilin aprel ayı ərzində layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə məlumatlandırıcı seminarlar təşkil edilir. Bu görüşlərin hər məktəbdə 1 gün olmaqla (hər məktəb üçün 20 nəfər 7-9-cu sinif şagirdi) 8 məktəbi və ümumilikdə 160 nəfər şagirdi əhatə etməsi nəzərdə tutulur. Seminarlarda şagirdlərə peşə təhsili və təlimi haqqında geniş məlumat veriləcək, onlarla müvafiq mövzularda müzakirələr aparılacaq. Bununla da regionda təhsil alan şagirdlərin bu sahədə ümumi məlumatlılığı artırılacaq. Daha sonra seminarlarda iştirak etmiş şagirdlərdən ibarət qrupun Gəncədə yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə öyrənmə səfəri təşkil ediləcək ki, bu da onların praktiki biliklərini artıracaq və onlarda bu sahələrə stimul yaradacaq. Öyrənmə səfəri həmin Mərkəzlərin maddi-texniki bazası, tədris edilən peşə ixtisasları, ümumi tədris şəraiti və s. haqqında şagirdlər arasında təəssüratı genişləndiriləcək. Bunun ardınca isə həmin şagirdlərin valideynlərindən ibarət qrupla maarifləndirici görüş keçirilərək onların müvafiq sahə üzrə məlumatlılığı artırılacaq, sualları cavablandırılacaq və həvəsi olan övladlarının peşə sahəsi üzrə inkişafına müsbət imkanlar yaranacaq.
Gəncə şəhərində yaradıcı gənclər üçün layihə icra edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Region gənclərinin kinematoqrafiya akademiyası” adlı layihəsi icra olunur. Layihənin məqsədi kinematoqrafiya sahəsinə marağı olan region gənclərinin yaradıcılıq potensialını üzə çıxarmaq və onların peşəkar səviyyədə təcrübələrini artırmaqdır. Layihə Gəncə şəhəri və ətraf regionlarda yaşayan 17-29 yaş arası mədəniyyət sahəsində, xüsusilə aktyorluq, rejissorluq və ssenaristlik sahələrinə həvəsli olan gənclərin müsabiqə yolu (elektron müraciət və müsahibə yolları) ilə seçilərək, peşəkar mədəniyyət ekspertləri tərəfindən xüsusi təlim kurslarında müvafiq bölgülər üzrə təlimləndirilməsi, daha sonra komandalar şəklində bölünərək öz məhsullarını (qısametrajlı film) hazırlamalarından bəhs edir. Layihə çərçivəsində ilkin olaraq qeyd olunan sahələr üzrə hər birində 8 nəfər olmaqla ümumilikdə 24 nəfər region gənci üçün təlimlər təşkil edilib. Peşəkar ekspert tərəfindən verilən təlimlər vasitəsilə layihə benefisiarları müvafiq sahələr üzrə məlumatlar əldə etdilər və praktiki təcrübə qazandılar. Növbəti mərhələdə sahələr üzrə iştirakçıların arasından müsabiqə vasitəsilə seçilən iştirakçı gənclərdən ibarət komanda tərəfindən qısametrajlı film ərsəyə gətiriləcək. Daha sonra filmin peşəkar mədəniyyət ekspertləri olan münsiflər qarşısnda təqdimatı və eyni zamanda qiymətləndirilməsi keçiriləcək. Layihənin məhsulu olacaq qısametrajli film mütxəlif sosial media hesablarında və media platformalarında yayımlanacaq.
Gəncədə “EcoTEAM” layihəsi uğurla yekunlaşdı.

yihənin üçüncü mərhələsi çərçivəsində “EcoTEAM” dən seçilmiş 5 nəfər gənc Gəncə şəhərində 5, 6, 8, 20 və 28 nömrəli tam orta məktəblərdə şagirdlərlə infosessiyalarda iştirak edərək qazandıqları bilik və təcrübələri onlarla bölüşüblər. Görüşlərdə gənclər şagirdlərlə “İqlim dəyişmələri”, “COP 29 və nəticələri”, “Dayanıqlı İnkişaf Məqsədləri” və “Dünya iqlim ölkələri” mövzularında müzakirələr aparıblar, interaktiv oyunlar, simulyasiyalar təşkil ediblər. Gənclər bu mərhələdən öncə eyni mövzuda təlim kursunda və şəhər ərazisində təşkil olunan təmizlik aksiyasında iştirak ediblər. Layihənin məqsədi regionda yaşayan ekofəal gənclərdən ibarət şəbəkə formalaşdırmaq və ətraf mühitin mühafizəsi ilə bağlı gənclər arasında məlumatlılığı artırmaqdır. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilib.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri mükafata layiq görülüb.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri – Anaxanım Rzazadə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif edilib. Qeyd edək ki, mükafatlandırma tədbiri Sumqayıt şəhərində 2025-ci il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi çərçivəsində keçirilib.
Polşada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Polşada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər xanım iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Məkan: Sępólno Krajeńskie Müddət: 6 ay Başlama tarixi: Ən qısa zamanda Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – baza səviyyədə ingilis dili (ən azı); – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: Ən qısa zamanda
Portuqaliyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Portuqaliyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Məkan: Santarem Müddət: 5 ay Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – baza səviyyədə ingilis dili (ən azı); – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: 10.02.2025
İSPANİYADA UZUNMÜDDƏTLİ AVROPA HƏMRƏYLİK KORPUSU #ESC KÖNÜLLÜLÜK LAYİHƏLƏRİ

İspaniyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihələrinə iştirakçılar axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Hər bir layihə üçün Azərbaycandan könüllülər qeyd olunan başlanğıc tarixindən etibarən 3 ay müddəti üçün qəbul edilir. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: Ən qısa zamanda
Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər xanım iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Məkan: Ankara Müddət: 2 ay Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – yaxşı səviyyədə ingilis dili; – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: Ən qısa zamanda
Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 3 nəfər iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Yeri: Ankara Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – orta səviyyədə ingilis dili; – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: 27.01.2025 saat 23:59