Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Təcili! Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər xanım iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Yeri: Adana Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – orta səviyyədə ingilis dili; – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: 12.01.2025 saat 23:59
Türkiyədə uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Türkiyədə uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər xanım iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Yeri: Ankara Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – orta səviyyədə ingilis dili; – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: 10.01.2025
LİTVADA UZUNMÜDDƏTLİ AVROPA HƏMRƏYLİK KORPUSU #ESC KÖNÜLLÜLÜK LAYİHƏLƏRİ

Litvada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihələrinə iştirakçılar axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: 06.01.2025
Türkiyədə qısa və uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihələri

Türkiyədə qısa və uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihələrinə iştirakçılar axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Yeri: Muğla Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – orta səviyyədə ingilis dili; – müvafiq sahə üzrə işləmək həvəsi. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Anketdə göndərən təşkilat ilə bağlı detallar: Name: “Bridge to the Future” Youth Public Union Reference number of ESC Quality Label: 2020-1-PL01-ESC52-081376 Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: Ən qısa zamanda
Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

Türkiyədə qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər xanım iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumat: https://drive.google.com/file/d/1e0SdQMoq_yYOeguyHs3YCRWZKIVkAbIY/view Layihənin tarixləri: 7 yanvar 2024 – 7 mart 2025 Yeri: Ankara Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – orta səviyyədə ingilis dili; – müvafiq sahə üzrə yüksək motivasiya. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun: https://form.jotform.com/221664475128964 Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: Ən qısa zamanda
Hər ağac bir ümid, hər fidan bir gələcəkdir!

Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. 24 dekabr 2024-cü il tarixində şəhərin Heydər Əliyev parkında təşkil olunan aksiya ölkədə ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıqların artırılması məqsədini daşıyıb. Bu təşəbbüs həmçinin, gənclər arasında ekoloji şüurun yüksəldilməsinə və ətraf mühitə qayğı göstərməyin önəmini vurğulamağa xidmət edib. Aksiyada yerli gənclər, könüllülər və ictimaiyyət nümayəndələri fəal iştirak edərək öz töhfələrini veriblər. Tədbirin təşkilatçıları gələcəkdə bu cür aksiyaların davamlı olaraq həyata keçiriləcəyini və daha geniş ictimaiyyətin cəlb ediləcəyini vurğulayıblar. Qeyd edək ki, aksiyada şam, Xan çinar və müxtəlif meyvə ağacları olmaqda ümumilikdə 300 ağac əkilib.
Gəncədə “EcoTEAM” layihəsi ekofəalları bir araya gətirir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə region gənclərinin ekoloji bilik və bacarıqlarını artırmaq məqsədi daşıyan “EcoTEAM” layihəsi uğurla həyata keçirilir. Layihə, ekoloji problemlərin həllində aktiv rol oynayan gənclərdən ibarət şəbəkənin yaradılmasını və bu şəbəkə vasitəsilə nümunəvi yaşıl sahələr yaradılmasını, ekoloji təmiz məhsulların istifadəsinin təşviq edilməsini və gənclər arasında ətraf mühitin mühafizəsi barədə məlumatlılığın artırılmasını hədəfləyir. Layihənin ilk mərhələsində 13-15 dekabr 2024-cü il tarixlərində, ətraf mühitin mühafizəsi sahəsində marağı və təcrübəsi olan gənclər üçün xüsusi təlim kursu təşkil olunub. Təlimdə iştirak edən gənclər “EcoTEAM” komandasının əsasını təşkil ediblər. Təlimçilər Ülvi Məmmədov və Elnur Arifzadə tərəfindən “İqlim dəyişmələri”, “COP29 və nəticələri”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Dünya iqlim ölkələri” və “Ekoloji səfir olmaq” mövzularında gənclərlə interaktiv müzakirələr aparılıb, qrup işləri və simulyasiya oyunları təşkil edilib. Layihənin növbəti mərhələlərində iştirakçılar Gəncədə təmizlik aksiyasında iştirak edəcək və orta məktəblərdə infosessiyalar keçirərək əldə etdikləri bilikləri şagirdlərlə paylaşacaqlar. “EcoTEAM” layihəsi, Azərbaycan Respublikasının Gənclər Fondunun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən 18-ci qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Regionda kənd gəncləri üçün layihə yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi yekunlaşıb. Layihə çərçivəsində ilkin olaraq müasir peşə sahələri və frilans iş imkanları ilə bağlı elektron kitabça hazırlanıb. Kitabça hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin etmək üçün “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində (www.bfngo.az) yerləşdirilib. Layihənin növbəti mərhələsi olaraq Tovuz rayonunun Bozalqanlı, Qazax rayonunun Daşsalahlı, Göygöl rayonunun Üçtəpə, Sanux rayonunun Çobanabdallı, Daşkəsən rayonunun Bayan və Şəmkir rayonunun Ağlavaşlı kəndlərində yerləşən orta məktəblərdə 7-9-cu sinif şagirdləri üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, frilans iş metodu və həmçinin hazırlanmış elektron kitabça barəsində təlim sessiyaları təşkil edilib, şagirdləri bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.
“Gələcəyə Körpü” GİB Litvada beynəlxalq təlim kursunda təmsil olunub.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndələri – Hikmət Vəliyev, Rauf Əliyev və Murad Məmmədov 22-28 noyabr 2024-cü il tarixlərində Litvanın Sirvintos şəhərində baş tutan beynəlxalq təlim kursunda iştirak ediblər. Erasmus+ Proqramı çərçivəsində həyata keçirilən təlim kursunun əsas məqsədi gənclər işçilərini, gənc liderləri və könüllüləri “Kompas” təlimatı vasitəsilə insan hüquqları ilə bağlı əsas biliklərlə təmin etmək və bu bilik və bacarıqların gənclərin öz hüquqlarını müdafiə etməsinə imkan yaratmaqdır. Layihədə müxtəlif ölkələrdən ümumilikdə 27 nəfər gənc iştirak edib. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Erasmus+ Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.
Avstriyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi

İspaniyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər iştirakçı axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun. Layihənin tarixləri: 1 may – 31 oktyabr 2025 Yeri: Vyana Müraciət üçün kriteriyalar: – 18-30 yaş aralığı; – baza səviyyədə ingilis və ya alman dili (üstünlükdür); – müvafiq sahə üzrə işləmək həvəsi; – fiziki məhdudiyyəti olan gənclər. Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz. Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: 02.01.2025