“Gələcəyə Körpü” GİB beynəlxalq təhsil səfərində təmsil olunub.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Ayşən Mikayılova 13-16 dekabr, 2023-cü il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində təşkil edilən “Türkiyədə təhsil səfəri  – İdmanla öyrənək” adlı beynəlxalq təhsil səfərində iştirak edib. Türkiyə Milli Agentliyi tərəfindən Erasmus+ proqramı çərçivəsində təşkil edilən tədbirin məqsədi qabaqcıl təcrübələri, idman sahəsində təşkilatların şəbəkələşməsini və sağlam yaşamı təbliğ etməkdir. Layihə çərçivəsində nümayəndəmiz Ankara şəhərində yerləşən bir neçə hökumət və qeyri-hökumət idman mərkəzlərinə təşkil edilən səfərlərdə iştirak edib. Qeyd edək ki, təhsil səfərində 20-dən çox ölkədən gənc liderlər, gənclər, idman təşkilatlarının nümayəndələri və könüllülərdən ibarət ümumilikdə 24 nəfər təmsil olunub.

Yerli gənclər Gürcüstanda beynəlxalq təlim kursunda iştirak ediblər.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən göndərilən gənclər 17-25 oktyabr, 2023-cü il tarixlərində Erasmus+ Proqramı tərəfindən dəstəklənən proqram çərçivəsində Gürcüstanın Kobuleti rayonunda “Gənclərin səlahiyyətləndirilməsi və icma inkişafı üzrə təcrübələrin paylaşılması” adlı beynəlxalq təlim kursunda iştirak ediblər. Proqram Almaniyadan olan tərəfdaş təşkilat “Avropa Mədəniyyətlərarası Forumu” tərəfindən həyata keçirilib. 7 ölkədən olan nümayəndələrin cəlb olunduğu təlim kursunda ölkəmizi Birlik tərəfindən göndərilən 3 nəfər gənc iştirakçı təmsil edib. Proqramın məqsədi gəncləri icmanın inkişafında fəal iştirak etmək üçün gücləndirmək üçün lazım olan bacarıqları inkişaf etdirməkdir. Proqramın xüsusi diqqət mərkəzində icma tədqiqatının aparılmasın, kontekst təhlilindən layihənin dizaynına qədər gənclər layihələrinin necə planlaşdırılması olacaqdır. Təşkilatımızın Erasmus+ proqramı çərçivəsində layihə və elanları haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://bfngo.az/en/erasmus-2/

Gəncədə gənclər üçün sosial sahibkarlıqla bağlı layihə icra olunub.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi Forum tədbiri ilə yekunlaşıb. Layihənin 1-ci mərhələsində 13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçıya “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər. 25 oktyabr, 2023-cü il tarixində Gəncə şəhərində layihənin yekun tədbiri olan “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçirilib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, KOBİA-nın, Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin startaplar üzrə mütəxəssisi Tural Rüstəmov və “Təmas Sərvi” MMC SOSİAL SAHİBKARLIQ müəssisəsinin təsisçiləri Kübra Ələkbərova və Südabə Məmmədova iştirak ediblər. Forumda iştirak edən qurumların müvafiq imkanları və proqramları haqqında təqdimatlar edilib, o cümlədən sosial sahibkarlıq sahəsi ilə bağlı panel müzakirə aparılıb, və tədbir iştirakçılarının sualları cavablandırılıb. Forum tədbiri təlim kursu iştirakçılarının sosial sahibkarlıq müstəvisində hazırladıqları layihə ideyalarının təqdimatları ilə yekunlaşıb. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.

Gəncədə “Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.

“PAŞA Holding”in dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.   Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir. Layihə çərçivəsində 2-ci fazada seçilən növbəti 20 nəfər tələbə iştirakçılar üçün yumşaq bacarıqlar: təqdimat bacarıqları (pitching), komanda quruculuğu, layihə hazırlanması və idarə olunması, büdcə idarə olunması, o cümlədən CV və müsahibə mövzularında 6 günlük təlim kursu keçirilir. 1-ci faza təlim kursu 25-30 sentyabr, 2023-cü ildə Texnologiya Universitetində həyata keçirilib. Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.

Gəncədə gənclər üçün sosial sahibkarlıq istiqamətində təlim kursu icra edilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi çərçivəsində təlim kursu yekunlaşıb. 13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçılara “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Layihədə növbəti mərhələ olaraq “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda 50 nəfərdən ibarət Forum tədbiri həyata keçiriləcək. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.

Gəncədə gənclər üçün sosial sahibkarlıqla bağlı layihəyə start verilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi həyata keçirilir. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Layihə çərçivəsində ilk mərhələdə Gəncə şəhərində seçiləcək 25 nəfər iştirakçı üçün 3 günlük təlim kursu (butkamp) və “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçiriləcəkdir. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatınının tərəfdaşlığı ilə icra olunacaqdır.

“Gələcəyə Körpü” İctimai Birliyi Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələr üçün yeni layihəyə start verdi.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “PAŞA Holding”in tərəfdaşlığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsinin icrasına start verilib. Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir. Təlimlər hər biri 6 gün olmaqla 2 fazada ümumilikdə 40 nəfər gənci əhatə edəcək. Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.

Gənclərimiz İtaliyada gənclər mübadiləsi layihəsində iştirak ediblər.

Təşkilatımız İtaliyanın Sardiniya adasının Kalyari şəhərinə 26 avqust – 2 sentyabr, 2023-cü il tarixlərində Avropa Komissiyasının Erasmus+ proqramı və İtaliya Gənclər Agentliyinın maliyyə dəstəyi ilə TDMInternational tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri #DİM əsasında təşkil olunan “Earth Connects” adlı gənclərin mübadilə tədbirində 5 nəfər gənclə təmsil olunub. Gənclərin mübadilə proqramında “Gələcəyə Körpü” GİB-nin 3, tərəfdaşı olan “Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP)” isə 2 nümayəndəsi iştirak etməklə 12 ölkə arasında Azərbaycanı birgə təmsil ediblər. Mübadilə proqramı çərçivəsində Azərbaycanı təmsil edən qrup Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş məlumat sessiyaları zamanı gənclərin tullantılardan faydalı istifadəsi və ictimai maarifləndirmə kimi əsas istiqamətlər haqqında məlumatlanıb, praktik məşğələlərdə iştirak edib və təbiətin qorunması üzrə yerli layihələr haqqında paylaşımlar etməklə yanaşı ölkə mədəniyyəti təqdim edib. Təşkilatımızın Erasmus+ proqramı çərçivəsində layihə və elanları haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://bfngo.az/en/erasmus-2/

Azərbaycanda gənclər işi sahəsində beynəlxalq təhsil səfəri yekunlaşıb

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ev sahibliyi ilə “Qafqazı kəşf et – 10 il sonra: Qafqazda gənclər sektorunu araşdıran təhsil  səfəri” layihəsi yekunlaşıb. Layihə Almaniyanın Avropa Mədəniyyətlərarası Forumu e. V. təşkilatının Avropa Komissiyasının Erasmus+ proqramının maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilib. Layihənin əsas məqsədi təhsil, iştirak və əməkdaşlığa, gənclər mərkəzli yanaşmaya fokuslanan, yerli və beynəlxalq gənclərin maraqları ilə  idarə olunan, gənclərin rəhbərlik etdiyi icma inkişafı üçün transmilli tərəfdaşlıqları və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Layihə çərçivəsində 8-15 iyul 2023-cü il tarixlərində Bakı və Gəncə şəhərlərində  gənclər işi sahəsində fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarına səfərlər olub, onların təcrübələri və fəaliyyət istiqamətləri əcnəbi gənclərə təqdim olunub. Təhsil səfəri müddətində müvafiq olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası (NAYORA), ASAN Gənclər Təşkilatı, Gəncə Gənclər evi, Gəncə Regional Qadın Mərkəzi, o cümlədən Bakı və Gəncədə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarına səfərlər həyata keçirilib, ölkəmizdə aparılan gənclər siyasəti və gənclər işi haqqında təqdimatlar və panel müzakirələri  icra edilib Təhsil səfərində  Azərbaycan, Türkiyə, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, Niderland Krallığı, İspaniya və Ukraynadan olan 28 nəfər gənc iştirak edib. Qeyd edək ki, layihənin icrasında  Azərbacan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Turizm Könüllüləri Təşkilatı texniki dəstək göstərib.

“Gənc liderlərin şəbəkələşməsi” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının “ŞƏBƏKƏ” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Gənc liderlərin şəbəkələşməsi” layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi  Gəncə şəhəri və Goranboy rayonundan seçilmiş 14-29 yaş arası 40 nəfər gəncdə yumşaq bacarıqları (soft skills) təkmilləşdirmək, liderlik potensialı olan gəncləri üzə çıxarmaq, idarəçilik qabiliyyəti barədə məlumatın artırılması və onlar arasında şəbəkələşməni təmin etmək idi. Layihə çərçivəsində təlimlər Goranboy rayonunda 22-23 iyun, Gəncə şəhərində isə 24-25 iyun 2023-cü il tarixlərində icra edilmişdir.  Keçirilən 2 günlük təlimlər “pitching- inandırma”, “strateji düşünmə”, “kommunikasiya və komanda ilə işləmə bacarığı”, “könüllülüyün karyera prespektivləri” və “vaxtın idarə edilməsi” mövzularını əhatə etmişdir.

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan

Bizi İzləyin