Azərbaycanda gənclər işi sahəsində beynəlxalq təhsil səfəri yekunlaşıb

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ev sahibliyi ilə “Qafqazı kəşf et – 10 il sonra: Qafqazda gənclər sektorunu araşdıran təhsil səfəri” layihəsi yekunlaşıb. Layihə Almaniyanın Avropa Mədəniyyətlərarası Forumu e. V. təşkilatının Avropa Komissiyasının Erasmus+ proqramının maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilib. Layihənin əsas məqsədi təhsil, iştirak və əməkdaşlığa, gənclər mərkəzli yanaşmaya fokuslanan, yerli və beynəlxalq gənclərin maraqları ilə idarə olunan, gənclərin rəhbərlik etdiyi icma inkişafı üçün transmilli tərəfdaşlıqları və beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Layihə çərçivəsində 8-15 iyul 2023-cü il tarixlərində Bakı və Gəncə şəhərlərində gənclər işi sahəsində fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarına səfərlər olub, onların təcrübələri və fəaliyyət istiqamətləri əcnəbi gənclərə təqdim olunub. Təhsil səfəri müddətində müvafiq olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası (NAYORA), ASAN Gənclər Təşkilatı, Gəncə Gənclər evi, Gəncə Regional Qadın Mərkəzi, o cümlədən Bakı və Gəncədə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarına səfərlər həyata keçirilib, ölkəmizdə aparılan gənclər siyasəti və gənclər işi haqqında təqdimatlar və panel müzakirələri icra edilib Təhsil səfərində Azərbaycan, Türkiyə, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, Niderland Krallığı, İspaniya və Ukraynadan olan 28 nəfər gənc iştirak edib. Qeyd edək ki, layihənin icrasında Azərbacan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Turizm Könüllüləri Təşkilatı texniki dəstək göstərib.
“Gənc liderlərin şəbəkələşməsi” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının “ŞƏBƏKƏ” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Gənc liderlərin şəbəkələşməsi” layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi Gəncə şəhəri və Goranboy rayonundan seçilmiş 14-29 yaş arası 40 nəfər gəncdə yumşaq bacarıqları (soft skills) təkmilləşdirmək, liderlik potensialı olan gəncləri üzə çıxarmaq, idarəçilik qabiliyyəti barədə məlumatın artırılması və onlar arasında şəbəkələşməni təmin etmək idi. Layihə çərçivəsində təlimlər Goranboy rayonunda 22-23 iyun, Gəncə şəhərində isə 24-25 iyun 2023-cü il tarixlərində icra edilmişdir. Keçirilən 2 günlük təlimlər “pitching- inandırma”, “strateji düşünmə”, “kommunikasiya və komanda ilə işləmə bacarığı”, “könüllülüyün karyera prespektivləri” və “vaxtın idarə edilməsi” mövzularını əhatə etmişdir.
Birlik Çexiyada beynəlxalq əməkdaşlıq qurma tədbirində təmsil olunub.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Hüseynxan Hacızadə 25-29 iyun, 2023-cü il tarixlərində Çexiya Respublikasının Praqa şəhərində “Sərhədlərdən kənarda könüllülük – qonşu tərəfdaş ölkələri əhatə edən Avropa Həmrəylik Korpusu layihələri üçün tərəfdaşlıqların yaradılması” adlı beynəlxalq seminarda iştirak edib. Çexiya Milli Agentliyi digər Milli Agentliklərin Strateji Əməkdaşlığı və SALTO-nun birgə tərəfdaşlığı ilə keçirilən tədbirin məqsədi Avropa Həmrəylik Korpusu çərçivəsində Proqram ölkələri və qonşu tərəfdaş ölkələr arasında könüllü layihələri və tərəfdaşlıqları gücləndirmək idi. Əməkdaşlıq quruculuğu fəaliyyətinində 24-dən çox ölkədən 65 təşkilatdan olan 80 nəfərə yaxın ekspert nümayəndə təmsil olunub.
Estoniyada uzunmüddətli ESC könllük layihələri!

Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihələr haqqında ətraflı: https://bit.ly/3BqxWPc Müraciət üçün: CV və motivasiya məktubunuzu [email protected] email ünvanına mövzu/başlıqda (ESC in Estonia və layihənin müvafiq adını – məs; Linnupesa) qeyd etməklə göndərməyiniz lazımdır. Hər iki sənəd ingilis dilində olmalıdır. Son müraciət tarixi: 13/09/2022 Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölməsinə yaza bilərsiz. #geleceyekorpu#EVS#volunteering#ESC#ErasmusPlus
Yerli gənclər Erasmus+ beynəlxalq təlim kursunda iştirak ediblər.

“Gələcəyə Körpü” GİB-in nümayəndələri 17-25 Sentyabr, 2021-ci il tarixlərində Gürcüstanın Misaktsieli bölgəsində Erasmus+ Proqramı çərçivəsində icra olunan təlim kursunda iştirak ediblər. “Mədəniyyətlərin körpüsü” adlı mədəniyyətlərarası mübadilədən bəhs edən təlim kursunda 9 Aİ və qeyri-Aİ ölkələrindən olan gənclər iştirak ediblər. Təlim kursunun məqsədi gəncləri mədəniyyətlərarası mübadiləni təşviq etməkdə, anlayış və tolerantlığın gənclər işi sahəsində yayılmasında onların bacarıq və biliklərini artırmaq, o cümlədən nəzəri və praktiki sessiyalarlar təcrübələrini artırmaq idi. Layihə Erasmus+ Proqramı tərəfindən maliyyələşib və İCRP Budapeşt təşkilatı tərəfindən icra olunub.