Estoniyada uzunmüddətli ESC könllük layihələri!

Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihələr haqqında ətraflı: https://bit.ly/3BqxWPc Müraciət üçün: CV və motivasiya məktubunuzu [email protected] email ünvanına mövzu/başlıqda (ESC in Estonia və layihənin müvafiq adını – məs; Linnupesa) qeyd etməklə göndərməyiniz lazımdır. Hər iki sənəd ingilis dilində olmalıdır. Son müraciət tarixi: 13/09/2022 Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölməsinə yaza bilərsiz. #geleceyekorpu#EVS#volunteering#ESC#ErasmusPlus

Yerli gənclər Erasmus+ beynəlxalq təlim kursunda iştirak ediblər.

“Gələcəyə Körpü” GİB-in nümayəndələri 17-25 Sentyabr, 2021-ci il tarixlərində Gürcüstanın Misaktsieli bölgəsində Erasmus+ Proqramı çərçivəsində icra olunan təlim kursunda iştirak ediblər. “Mədəniyyətlərin körpüsü” adlı mədəniyyətlərarası mübadilədən bəhs edən təlim kursunda 9 Aİ və qeyri-Aİ ölkələrindən olan gənclər iştirak ediblər. Təlim kursunun məqsədi gəncləri mədəniyyətlərarası mübadiləni təşviq etməkdə, anlayış və tolerantlığın gənclər işi sahəsində yayılmasında onların bacarıq və biliklərini artırmaq, o cümlədən nəzəri və praktiki sessiyalarlar təcrübələrini artırmaq idi. Layihə Erasmus+ Proqramı tərəfindən maliyyələşib və İCRP Budapeşt təşkilatı tərəfindən icra olunub. 

About Us

“Bridge to the Future” Youth Union (Union) – is a national non-governmental organization established in April 2000 by youth initiative.

Address

 28 May str. 34, Ganja city, Azerbaijan