“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ev sahibliyi ilə “Qafqazı kəşf et – 10 il sonra: Qafqazda gənclər sektorunu araşdıran təhsil  səfəri” layihəsi yekunlaşıb.

Layihə Almaniyanın Avropa Mədəniyyətlərarası Forumu e. V. təşkilatının Avropa Komissiyasının Erasmus+ proqramının maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilib.

Layihənin əsas məqsədi təhsil, iştirak və əməkdaşlığa, gənclər mərkəzli yanaşmaya fokuslanan, yerli və beynəlxalq gənclərin maraqları ilə  idarə olunan, gənclərin rəhbərlik etdiyi icma inkişafı üçün transmilli tərəfdaşlıqları və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Layihə çərçivəsində 8-15 iyul 2023-cü il tarixlərində Bakı və Gəncə şəhərlərində  gənclər işi sahəsində fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarına səfərlər olub, onların təcrübələri və fəaliyyət istiqamətləri əcnəbi gənclərə təqdim olunub.

Təhsil səfəri müddətində müvafiq olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası (NAYORA), ASAN Gənclər Təşkilatı, Gəncə Gənclər evi, Gəncə Regional Qadın Mərkəzi, o cümlədən Bakı və Gəncədə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarına səfərlər həyata keçirilib, ölkəmizdə aparılan gənclər siyasəti və gənclər işi haqqında təqdimatlar və panel müzakirələri  icra edilib

Təhsil səfərində  Azərbaycan, Türkiyə, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, Niderland Krallığı, İspaniya və Ukraynadan olan 28 nəfər gənc iştirak edib.

Qeyd edək ki, layihənin icrasında  Azərbacan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Turizm Könüllüləri Təşkilatı texniki dəstək göstərib.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan