“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Hüseynxan Hacızadə 25-29 iyun, 2023-cü il tarixlərində Çexiya Respublikasının Praqa şəhərində “Sərhədlərdən kənarda könüllülük – qonşu tərəfdaş ölkələri əhatə edən Avropa Həmrəylik Korpusu layihələri üçün tərəfdaşlıqların yaradılması” adlı beynəlxalq seminarda iştirak edib.

Çexiya Milli Agentliyi digər Milli Agentliklərin Strateji Əməkdaşlığı və SALTO-nun birgə tərəfdaşlığı ilə keçirilən tədbirin məqsədi Avropa Həmrəylik Korpusu çərçivəsində Proqram ölkələri və qonşu tərəfdaş ölkələr arasında könüllü layihələri və tərəfdaşlıqları gücləndirmək idi.

Əməkdaşlıq quruculuğu fəaliyyətinində 24-dən çox ölkədən 65 təşkilatdan olan 80 nəfərə yaxın ekspert nümayəndə təmsil olunub.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan