“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyi ilə daha bir yerli gənc Hafiz Qarakişiyev Rumıniyanın Krayova şəhərində uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) könüllülük layihəsində iştirak edir.

Layihə çərçivəsində könüllümüzün əsas fəaliyyəti orta məktəb şagirdləri ilə zaman keçirmək, onlar üçün inkişaf yönümlü və əyləncəli fəaliyyətlər təşkil etməkdir. Könüllümüz azyaşlı uşaqlarla rəsm, maket hazırlama fəaliyyətlərinin təşkil edilməsində və onlarla yaradıcı işlərin hazırlanmasında iştirak edir. Hafiz həmçinin layihə çərçivəsində sosial media dizaynlarının hazırlanması ilə də məşğul olaraq rəqəmsal bacarıqlarını inkişaf etdirir.

Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.

Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en

Dostlarınızla Paylaşın