Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Polşanın Krakov şəhərində “Gələcəyə Körpü” GİB vasitəsilə daha bir yerli gənc – İlahin Hüseynov öz könüllülük fəaliyyətinə başlayıb. 9 aylıq layihə müddətində İlahin Krakovda olan uşaq bağçalarının birində sosial fəaliyyətlərin icrasına dəstək olacaq. Uşaqların asudə vaxtının səmərəli keçirilməsi, onlar üçün müxtəlif oyunlar, dil kursları və s. təşkil olunması prosesinə cəlb olunacaq.

Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.

Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan

Bizi İzləyin