Fransada uzun müddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə iştirakçılar axtarılır!

Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır.

Layihə haqqında ətraflı məlumat: https://drive.google.com/file/d/14PiMDQLSWf6vbUYmPa_K8ThyluL12F5P/view?usp=drivesdk

Layihənin tarixləri: noyabr 2024 – avqust 2025

Yeri: Le Mans

Müraciət üçün kriteriyalar:

– 18-30 yaş aralığı
– orta səviyyədə ingilis dili (ən azı)
– müvafiq sahə üzrə işləmək həvəsi

Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun: https://forms.gle/TJsFn37Pf7m6CjtU7

Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz.

Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.

DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq.

Son müraciət tarixi: 24.09.2024, saat 23:59

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan