“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Ayşən Mikayılova 13-16 dekabr, 2023-cü il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində təşkil edilən “Türkiyədə təhsil səfəri  – İdmanla öyrənək” adlı beynəlxalq təhsil səfərində iştirak edib.

Türkiyə Milli Agentliyi tərəfindən Erasmus+ proqramı çərçivəsində təşkil edilən tədbirin məqsədi qabaqcıl təcrübələri, idman sahəsində təşkilatların şəbəkələşməsini və sağlam yaşamı təbliğ etməkdir.

Layihə çərçivəsində nümayəndəmiz Ankara şəhərində yerləşən bir neçə hökumət və qeyri-hökumət idman mərkəzlərinə təşkil edilən səfərlərdə iştirak edib.

Qeyd edək ki, təhsil səfərində 20-dən çox ölkədən gənc liderlər, gənclər, idman təşkilatlarının nümayəndələri və könüllülərdən ibarət ümumilikdə 24 nəfər təmsil olunub.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan

Bizi İzləyin