“Gələcəyə Körpü” GİB-in dəstəyi ilə Avropanın müxtəlif ölkələrində Avropa Həmrəylik Korpusu (ESC) könüllülük proqramlarında iştirak etmiş keçmiş könüllülərlə gənclərin görüşü baş tutub.

Görüş çərçivəsində könüllülərimiz Mansur Həsənzadə və Aygül Hüseynli öz könüllülük təcrübələri, ESC layihələrinə qatılmaq üçün hazırlıq mərhələsi və digər vacib məqamlar barəsində təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Görüş interaktiv təqdimat hissəsi ilə davam edib.

Qeyd edək ki, tədbir “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Təşkilatımızın Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində fəaliyyətləri haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://www.bfngo.az/esc/

Dostlarınızla Paylaşın