“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Rauf Əliyev 14-16 May 2024-cü il tarixlərində Fransanın Strasburq şəhərində, Avropa Gənclər Mərkəzində təşkil edilən “Confidence in Tomorrow” adlı gənclər tədbirində təşkilatımızı təmsil edib.

Tədbirin məqsədi Avropada yaşayan indiki və gələcək nəsil gənclər arasında sıx əlaqənin yaradılmasına və möhkəmləndirilməsinə dəstək göstərməkdir.

3 günlük tədbir çərçivəsində Rauf Avropanın müxtəlif ölkələrindən qatılan 100 nəfər gənclə bir araya gəlib. Gənclər plenar iclaslarda, tədbirin əsas mövzuları və həmçinin iştirakçıların təklif etdikləri mövzular üzrə qrup işlərində iştirak ediblər. İştirakçılar üçün həmçinin Avropanın müxtəlif ölkələrindən olan rəhbər şəxslərlə qrup görüşləri də təşkil edilib.

Qeyd edək ki, tədbir Lixtenşteynin sədrliyi ilə Avropa Şurasının 75-ci ildönümü çərçivəsində həyata keçirilib.

Dostlarınızla Paylaşın