Təşkilatımızın nümayəndəsi Nihal Yusifova 11-19 iyun tarixlərində Almaniyanın Bremen şəhərində təlimçilər üçün təşkil edilən “Train the trainers: It is up to me” adlı 8 günlük təlim kursunda iştirak edib.

Tədbir gənc təlimçilərə praktiki fəaliyyətlər, bacarıqların inkişafı və fərdi mentorluqdan ibarət olaraq müxtəlif seminarlar və interaktiv sessiyalar vasitəsilə Avropa Təlim Strategiyasının modelini aşılamaq məqsədi daşıyır.

Təlim kursu ərzində iştirakçıların müxtəlif təlimçilik metodlarını öyrənmək və praktik məşğələlərdə tədbiq etmək imkanı olub.

Qeyd edək ki, təlim kursu Erasmus+ Proqramı çərçivəsində təşkil edilib.

Dostlarınızla Paylaşın