“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “PAŞA Holding”in tərəfdaşlığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsinin icrasına start verilib.
Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlər hər biri 6 gün olmaqla 2 fazada ümumilikdə 40 nəfər gənci əhatə edəcək.
Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.