Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi həyata keçirilir.

Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir.

Layihə çərçivəsində ilk mərhələdə Gəncə şəhərində seçiləcək 25 nəfər iştirakçı üçün 3 günlük təlim kursu (butkamp) və “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçiriləcəkdir.

Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatınının tərəfdaşlığı ilə icra olunacaqdır.

Dostlarınızla Paylaşın