15 sentyabr 2022-ci il  tarixdən etibarən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi  tərəfindən Gəncə şəhərində  “qadın və qızların sahibkarlıq-biznes bacarıqlarının inkişafı” layihəsi icra edilir.

Layihənin məqsədi Gəncə şəhərində yaşayan 18-29 yaş arası olan qadın və qızların ilkin sahibkarlıq-biznes üzrə bilik və bacarıqlarının formalaşdırılması və real sahibkarlıq bazarına çıxış imkanlarının artırılmasıdır.

Layihə zamanı Gəncədə yaşayan öz biznes ideyası ilə fərqlənən və məqsədi  biznes fəaliyyətinə başlamaq olan  qadın və qızlara biznes-sahibkarlıq bilikləri, bacarıqları və imkanları barədə məlumat veriləcək. Bu bacarıqlar arasında sahibkarlıq sahəsində də geniş tətbiq edilən rəqəmsal (SMM və digər vasitələr) bilik və bacarıqlar da yer alır.

İcra zamanı seçiləcək 20 nəfər regionda yaşayan qadına 4 gün təlim kursu və 1 gün dəyirmi masa görüşü təşkil ediləcək. Bu  müddət ərzində intensiv olaraq peşəkar ekspertlər tərəfindən sahibkarlıq və biznes sahəsi üzrə ilkin məlumatlardan, biznes ideyasının reallaşdırılmasına qədər müvafiq proseslər və modullar tədris ediləcək. İştirakçılara eyni zamanda dövlət və QHT tərəfindən bu istiqamət üzrə təklif edilən ən son imkanlar, elanlar, proqramlar və layihələr haqqında da məlumat veriləcək.

Dostlarınızla Paylaşın