“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Ayşən Mikayılova 7-11 oktyabr 2024-cü il tarixlərində Polşanın Qdınya şəhərində təşkil edilən “SoliDARE” adlı konfransda təşkilatımızı təmsil edib.

Tədbirin məqsədi Avropa Həmrəylik Korpusu (ESC) proqramı çərçivəsində fəal təşkilatların nümayəndələrini bir araya gətirməkdir. Tədbir yaradıcı yanaşmaları bir araya gətirməyi və iştirakçı metodologiyalarına əsaslanmağı hədəfləyir.

3 günlük tədbir çərçivəsində Ayşən Avropanın müxtəlif ölkələrindən qatılan təxminən 60 nəfər gənclər işçisi ilə bir araya gəlib. İştirakçılar Avropa Həmrəylik Korpusu proqramı, proqramda yeniliklər prioritetlər barəsində geniş məlumat alıblar. Həmçinin Avropanın müxtəlif Qeyri Hökümət Təşkilatlarını təmsil edən nümayəndələr arasında ESC proqramı çərçivəsində tərəfdaşlıq imkanlarının qurulması üçün də şərait yaradılıb.

Qeyd edək ki, tədbir Avropa Həmrəylik Korpusunun Resurs Mərkəzi, Polşa Milli Agentliyi və Rumıniya Milli Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan