“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Anaxanım Rzazadə 15-21 sentyabr, 2024-cü il tarixlərində İspaniyanın Mollina şəhərində “42-ci YEU Konvensiyası: Gəncliyi İnkişaf Etdirən YEU – Sabahın Adaptiv Liderlərini Formalaşdıraq 2024” adlı beynəlxalq konvensiyada iştirak edib.

Təşkilatın üzv olduğu beynəlxalq şəbəkə – “Gənclərin Mübadiləsi və Anlaşması” (Youth for Exchange and Understanding (YEU)) tərəfindən ənənəvi şəkildə bu il 42-cisi təşkil edilən tədbirin məqsədi gənclər işində mövcud olan çatışmazlıqlar üçün həll yolları yaratmaq, daha az imkanlara sahib olan gənclər işçilərinə fokuslanmaq və mədəniyyətlərarası dialoq vasitəsilə sektorda keyfiyyəti təşviq etməkdir.

Qeyd edək ki, beynəlxalq tədbirdə 10 müxtəlif ölkədən 20 nəfərdən çox gənclər işçisi iştirak edib.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan