“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndələri – Hikmət Vəliyev, Rauf Əliyev və Murad Məmmədov 22-28 noyabr 2024-cü il tarixlərində Litvanın Sirvintos şəhərində baş tutan beynəlxalq təlim kursunda iştirak ediblər.

Erasmus+ Proqramı çərçivəsində həyata keçirilən təlim kursunun əsas məqsədi gənclər işçilərini, gənc liderləri və könüllüləri “Kompas” təlimatı vasitəsilə insan hüquqları ilə bağlı əsas biliklərlə təmin etmək və bu bilik və bacarıqların gənclərin öz hüquqlarını müdafiə etməsinə imkan yaratmaqdır.

Layihədə müxtəlif ölkələrdən ümumilikdə 27 nəfər gənc iştirak edib.

Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Erasmus+ Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan