Mentorluq proqramına daha əvvəl veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələri üzrə layihə çərçivəsində təşkil olunmuş peşəkar təlim proqramlarını uğurla tamamlamış gənclər qoşulublar.

Onlar TOT (Training of Trainers) formatında keçirilən bu təlimlərdə mentor kimi peşəkarlıq qazanmaq üçün əsas bacarıqları mənimsəyir və öyrəndiklərini növbəti gənclərə daha effektiv şəkildə ötürmək bacarığını inkişaf etdirirlər.

Proqramı uğurla yekunlaşdıran iştirakçılara sonda peşəkar TOT təlimi sertifikatı təqdim olunacaq. Bununla da onlar həm ixtisaslaşdıqları sahələr üzrə, həm də mentorluq istiqamətində fəaliyyətlərini peşəkar şəkildə davam etdirmək imkanı əldə edəcəklər.

INNOHUB layihəsinin məqsədi gənclərin məşğulluq imkanlarını dəstəkləmək və bununla bağlı regiondakı gənclər üçün veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq mövzuları üzrə təlimlər təşkil etməkdir.

Dostlarınızla Paylaşın

About Us

“Bridge to the Future” Youth Union (Union) – is a national non-governmental organization established in April 2000 by youth initiative.

Address

 28 May str. 34, Ganja city, Azerbaijan