Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Region gənclərinin kinematoqrafiya akademiyası” adlı layihəsi icra olunur.

Layihənin məqsədi kinematoqrafiya sahəsinə marağı olan region gənclərinin yaradıcılıq potensialını üzə çıxarmaq və onların peşəkar səviyyədə təcrübələrini artırmaqdır.
Layihə Gəncə şəhəri və ətraf regionlarda yaşayan 17-29 yaş arası mədəniyyət sahəsində, xüsusilə aktyorluq, rejissorluq və ssenaristlik sahələrinə həvəsli olan gənclərin müsabiqə yolu (elektron müraciət və müsahibə yolları) ilə seçilərək, peşəkar mədəniyyət ekspertləri tərəfindən xüsusi təlim kurslarında müvafiq bölgülər üzrə təlimləndirilməsi, daha sonra komandalar şəklində bölünərək öz məhsullarını (qısametrajlı film) hazırlamalarından bəhs edir.
Layihə çərçivəsində ilkin olaraq qeyd olunan sahələr üzrə hər birində 8 nəfər olmaqla ümumilikdə 24 nəfər region gənci üçün təlimlər təşkil edilib. Peşəkar ekspert tərəfindən verilən təlimlər vasitəsilə layihə benefisiarları müvafiq sahələr üzrə məlumatlar əldə etdilər və praktiki təcrübə qazandılar.
Növbəti mərhələdə sahələr üzrə iştirakçıların arasından müsabiqə vasitəsilə seçilən iştirakçı gənclərdən ibarət komanda tərəfindən qısametrajlı film ərsəyə gətiriləcək. Daha sonra filmin peşəkar mədəniyyət ekspertləri olan münsiflər qarşısnda təqdimatı və eyni zamanda qiymətləndirilməsi keçiriləcək. Layihənin məhsulu olacaq qısametrajli film mütxəlif sosial media hesablarında və media platformalarında yayımlanacaq.