Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi həyata keçirilir.
![](https://bfngo.az/wp-content/uploads/2023/10/gənclərin-sosial-sahibkarliq-bf-fbcover-2023-1024x389.png)
Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir.
Layihə çərçivəsində ilk mərhələdə Gəncə şəhərində seçiləcək 25 nəfər iştirakçı üçün 3 günlük təlim kursu (butkamp) və “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçiriləcəkdir.
Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatınının tərəfdaşlığı ilə icra olunacaqdır.