“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində 25 Oktyabr 2022-ci il tarixində Gəncə şəhərində I Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olundu.
Dövlət və özəl qurumların tərəfdaşlığı vasitəsilə həyata keçirilən I Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisinin əsas məqsədi Kənd Təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında sinerji – körpü yaratmaqdır.
Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru rəsmi qonaqlar qismində iştirak ediblər.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilir. Beşillik strategiyanın hazırlanmasından başqa, ölkənin 2 regionunda – Gəncə-Qazax və Quba-Xaçmaz regionunda təklif edilən modelin sınaqdan keçirilməsi istiqamətində də fəaliyyət göstərir.