Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının “ŞƏBƏKƏ” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Gənc liderlərin şəbəkələşməsi” layihəsi həyata keçirilmişdir.

Layihənin məqsədi  Gəncə şəhəri və Goranboy rayonundan seçilmiş 14-29 yaş arası 40 nəfər gəncdə yumşaq bacarıqları (soft skills) təkmilləşdirmək, liderlik potensialı olan gəncləri üzə çıxarmaq, idarəçilik qabiliyyəti barədə məlumatın artırılması və onlar arasında şəbəkələşməni təmin etmək idi.

Layihə çərçivəsində təlimlər Goranboy rayonunda 22-23 iyun, Gəncə şəhərində isə 24-25 iyun 2023-cü il tarixlərində icra edilmişdir.  Keçirilən 2 günlük təlimlər “pitching- inandırma”, “strateji düşünmə”, “kommunikasiya və komanda ilə işləmə bacarığı”, “könüllülüyün karyera prespektivləri” və “vaxtın idarə edilməsi” mövzularını əhatə etmişdir.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan