Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)
həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi çərçivəsində
Gəncə- Qazax regionunda fəaliyyət göstərən ən azı 50 məsləhətçidən ibarət Əmtəə Əsaslı Aqrar
Məsləhət (ƏƏAM) Platformasının üzvləri üçün Xidmət Təminatçıları Məlumat Bazası yaradılır.
Xidmət təminatçıları bazasının əsas işi ƏƏAM platforması üzvləri üçün maliyyə
resursları/imkanları yaratmaq məqsədilə ölkə üzrə kənd təsərrüfatı sahəsində çalışan AMX
provayderlərinin məlumat bazasının yaratmaq və artırmaqdır. Həmçinin də fasilitatorlara
tədqiqat, akademik və məsləhət sektorundan, məhsul alıcılarından, giriş satıcılarından, kredit
xidmətlərindən və s. (ən azı 50 məsləhətçi) olan özəl və ictimai məsləhətçilər şəbəkəsini artırmaq
üçün fəal şəkildə kömək etməkdir.
Xidmət Təminatçıları, həm ƏƏAM üzvlərinin tələb etdiyi məsələlər üzrə məsləhət xidmətləri
göstərmək üçün lazım gəldikdə yerli və regional AMX sektorundan müvafiq mütəxəssisləri cəlb
etməli, həm də ƏƏAM platformalarına vəsait cəlb etmək üçün biznes imkanlarını müəyyən
etməlidir.
İlkin mərhələdə ekspertimiz Cəfər Cəfərli özəl və dövlət aqrar təminatçıları şəbəkəsinin
məlumat bazasının artırılması üzrə gələcək addımları ətraflı müzakirə etmək üçün 3 rayondan
(Samux, Şəmkir, Ağstafa) olan tədqiqat, akademik və məsləhət sektorundan, çıxış alıcılarından,
giriş satıcılarından, kredit xidmətlərindən və s. əsasən, dəyər zəncirini əhatə edən aqrar
təminatçılarla görüşüb. Hazırda platformaya qoşulmaq üçün Gəncə-Qazax regionundan olan 20
nəfərlə görüşülüb və onların razılığı əldə olunub, proses 50 nəfər üzv tamamlananadək davam
edəcək.