“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Gəncə şəhərində “Strateji İşçi Qrupunun II Regional Görüşü” təşkil olundu.
Görüş zamanı Aqrar məsləhət xidməti təzhizatçılarının təlim ehtiyaclarının qiymətləndirilməsi, Regionda mövcud olmayan aqrar məsləhət xidmətləri və məhsulları, “Məktəblilərin aqrar təhsil və aqrar məsləhət xidmətlərinə dair biliklərinin və məlumatlılığının artırılması” layihəsi, Gəncə şəhərində təşkil olunacaq İnnovasiya Festivalı” və “2023-2025-ci illər üçün Gəncə-Daşkəsən və Tovuz-Qazax iqtisadi rayonlarında aqrar məsləhət xidmətlərinin ilə təminat üzrə Regional Proqram”a dair müzakirələr olundu, iştirakçıların təklifləri dinlənildi.
Tədbirdə Samux, Ağstafa və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), Pomidor, Günəbaxana və Sorqum Əmtəə Əsaslı Aqrar Məsləhət Platformasının, Gəncə Aqrar Təlim Mərəkəzinin nümayəndələri və ekspertlər iştirak etdilər. Gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparıldı.
“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir.