14 aprel 2025-ci il tarixində Gəncə şəhərində region gənclərinin texnoloji və innovativ bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan InnoHub-ın açılış mərasimi baş tutub.

Tədbirdə yerli idarəetmə qurumlarının nümayəndələri, tərəfdaşlar və gənclər iştirak ediblər.

InnoHub, Gəncə şəhərində gənclərə tam ödənişsiz, yüksək texnologiyalarla təchiz olunmuş təlim və inkişaf mühiti təqdim edir. Məkan gənclər üçün innovasiya, bilik və texnoloji bacarıqlar mərkəzi olaraq fəaliyyət göstərəcək.

Gənclər burada 6 və 4 aylıq proqramlar çərçivəsində veb proqramlaşdırma, qrafik dizaynrəqəmsal marketinq sahələrində təlim alacaqlar. Təlimlər layihənin tərəfdaşı olan Div Academy-nin peşəkar təlimçiləri tərəfindən həyata keçirilir. Proqramları uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar. Eyni zamanda, InnoHub məzunları üçün regionda real iş imkanlarının yaradılması da əsas hədəflərdəndir.

Tədris proqramları real əmək bazarı tələblərinə və aktual trendlərə əsaslanır. Layihənin əsas məqsədi region gənclərini innovativ düşüncəli, rəqabətədavamlı və peşəkar kadrlar kimi yetişdirməkdir.

Layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığıDiv Academy-nin tərəfdaşlığı ilə həyata keçirilir.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan