23 Mart, 2023-cü il tarixində Gəncə şəhərində “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi çərçivəsində festival icra edilib. Festival Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi çərçivəsində baş tutub.

Festival Gəncə şəhər əhalisi üçün layihə iştirakçıları tərəfindən ərsəyə gələn “ŞUŞA” kitabçalarının təqdimatı (paylanılması) və musiqi ilə əhatə olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Fazilqızı, “Gələcəyə Körpü” GİB-in sədri Hüseynxan Hacızadə və digər layihə iştirakçıları çıxış ediblər.

Növbəti mərhələdə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaqdır.

Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin və şəhər əhalisinin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanmış kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirməsi, əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.

Dostlarınızla Paylaşın

About Us

“Bridge to the Future” Youth Union (Union) – is a national non-governmental organization established in April 2000 by youth initiative.

Address

 28 May str. 34, Ganja city, Azerbaijan