Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
24 dekabr 2024-cü il tarixində şəhərin Heydər Əliyev parkında təşkil olunan aksiya ölkədə ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıqların artırılması məqsədini daşıyıb. Bu təşəbbüs həmçinin, gənclər arasında ekoloji şüurun yüksəldilməsinə və ətraf mühitə qayğı göstərməyin önəmini vurğulamağa xidmət edib.
Aksiyada yerli gənclər, könüllülər və ictimaiyyət nümayəndələri fəal iştirak edərək öz töhfələrini veriblər. Tədbirin təşkilatçıları gələcəkdə bu cür aksiyaların davamlı olaraq həyata keçiriləcəyini və daha geniş ictimaiyyətin cəlb ediləcəyini vurğulayıblar.
Qeyd edək ki, aksiyada şam, Xan çinar və müxtəlif meyvə ağacları olmaqda ümumilikdə 300 ağac əkilib.