“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində 29 Noyabr 2022-ci il tarixində Şəmkir rayonunda II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub.

Kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında sinerji – körpü yaratmaq məqsədilə, dövlət və özəl qurumların tərəfdaşlığı vasitəsilə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi  həyata keçirilib.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri qonaqlar qismində iştirak ediblər. Kənd Təsərrüfatı İnnovasiyalar SərgisindəGəncə Aqrar Təlim Mərkəzi, “Şah Aqro” MMC, “Ata Aqro” MMC, “Rövşənoğlu Holding”, “Prior Lizinq” ASC, “Smart Trade” MMC, “Millenium Expert” MMC, “Aqro Servis ASC” Şəmir Regional nümayəndəliyi, “HH Group”, Samux, Şəmkir və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) nümayəndələri ilə təmsil olunublar.

II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində“Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində yaradılmış Günəbaxan, Pomidor və Sorqum Məsləhət qruplarının üzvləri də fəal iştirak ediblər.

Qeyd edək ki, “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Gəncə Aqrar Təlim Mərkəzi layihənin əsas partnyorlarındandır.

Dostlarınızla Paylaşın