Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi yekunlaşıb.  

Layihədə iştirak haqqı qazanmış 15 gənc tədqiqatçı tərəfindən Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında araşdırma aparılmış və araşdırma nəticəsi olaraq kitabçalar hazırlanmışdır.

Layihə çərçivəsində çap edilmiş kitabçaların təqdimatını və şəhər əhalisinin layihə haqqında məlumatlığını təmin etmək məqsədilə Gəncə şəhərində “Şuşa Mədəniyyəti Festivalı”ı  həyata keçirilmişdir. Festival Gəncə şəhər əhalisi üçün layihə iştirakçıları tərəfindən ərsəyə gələn “ŞUŞA” kitabçalarının təqdimatı (paylanılması) və musiqi ilə əhatə olunmuşdur.

Son mərhələdə isə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən 10, 16, 24, 27 və 41 saylı orta təhsil müəssisələrində təqdimatı baş tutmuş və ümumilikdə 100 nəfər şagirdə kitabça təqdim edilmişdir.

Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin və şəhər əhalisinin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanmış kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirməsi, əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.

Dostlarınızla Paylaşın