Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi davam edir.

Layihədə iştirak haqqı qazanmış 15 gənc Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında araşdırma aparmış və araşdırma nəticəsi olaraq kitabçalar hazırlanmışdır.

Növbəti mərhələdə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaqdır. Eyni zamanda çap edilmiş kitabçaların təqdimatını və şəhər əhalisinin layihə haqqında məlumatlığını təmin etmək məqsədilə “Şuşa Mədəniyyəti Festivalı”ı  həyata keçiriləcəkdir.

Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanacaq kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirilməsi əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.

Dostlarınızla Paylaşın

About Us

“Bridge to the Future” Youth Union (Union) – is a national non-governmental organization established in April 2000 by youth initiative.

Address

 28 May str. 34, Ganja city, Azerbaijan