Portuqaliyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə 1 nəfər iştirakçı axtarılır.

Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır.
Layihə haqqında ətraflı məlumatla BURADAN tanış olun.
Məkan: Santarem
Müddət: 5 ay
Müraciət üçün kriteriyalar:
– 18-30 yaş aralığı;
– baza səviyyədə ingilis dili (ən azı);
– müvafiq sahə üzrə işləmək həvəsi.
Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun.
Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz.
Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.
DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq.
Son müraciət tarixi: 10.02.2025