Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Region gənclərinin kiçik sahibkarlıq və biznes fəaliyyətlərinin dəstəklənməsi” layihəsi çərçivəsində təlim kursları həyata keçirilib.

Layihənin məqsədi Gəncə və ətraf rayonlardan olan gənclərin öz kiçik biznes ideyalarını reallaşdırmalarında  onların nəzəri, praktiki bilik və bacarıqlarını artırmaq, eyni zamanda regionda gənclərin məşğulluq probleminin həll edilməsinə qismən də olsa təkan verməkdir.

Gəncə şəhərində 3-7 dekabr, 2022-ci il tarixlərində Gəncə və ətraf rayonlardan seçilmiş ümumi 25 nəfər gənc iştirakçıya təlimçilər İsa Qasımov, Seymur Həmidov, Ülviyyə Savadova tərəfindən “Biznes təşəbbüskarlığı və iş fikrinin inkişafı”, “Biznes fəaliyyətində brendləşmə” və “Maliyyə sahəsi üzrə ilkin məlumatlar və sahibkarlarıq fəaliyyətinin qeydiyyatı” əsas mövzuları üzrə sessiyalar verilib.

Təlim kursu qeyri-formal təhsil metodları əsasında baş tutub.

Dostlarınızla Paylaşın