Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində ilkin olaraq müasir peşə sahələri və frilans iş imkanları ilə bağlı elektron kitabça hazırlanıb. Kitabça hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin etmək üçün “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində (www.bfngo.az) yerləşdirilib.
Layihənin növbəti mərhələsi olaraq Tovuz rayonunun Bozalqanlı, Qazax rayonunun Daşsalahlı, Göygöl rayonunun Üçtəpə, Sanux rayonunun Çobanabdallı, Daşkəsən rayonunun Bayan və Şəmkir rayonunun Ağlavaşlı kəndlərində yerləşən orta məktəblərdə 7-9-cu sinif şagirdləri üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, frilans iş metodu və həmçinin hazırlanmış elektron kitabça barəsində təlim sessiyaları təşkil edilib, şagirdləri bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.