Gələcəyə Körpü İB

“Gələcəyə Körpü” GİB-in nümayəndələri 17-25 Sentyabr, 2021-ci il tarixlərində Gürcüstanın Misaktsieli bölgəsində Erasmus+ Proqramı çərçivəsində icra olunan təlim kursunda iştirak ediblər. “Mədəniyyətlərin körpüsü” adlı mədəniyyətlərarası mübadilədən bəhs edən təlim kursunda 9 Aİ və qeyri-Aİ ölkələrindən olan gənclər iştirak ediblər.

Təlim kursunun məqsədi gəncləri mədəniyyətlərarası mübadiləni təşviq etməkdə, anlayış və tolerantlığın gənclər işi sahəsində yayılmasında onların bacarıq və biliklərini artırmaq, o cümlədən nəzəri və praktiki sessiyalarlar təcrübələrini artırmaq idi.

Layihə Erasmus+ Proqramı tərəfindən maliyyələşib və İCRP Budapeşt təşkilatı tərəfindən icra olunub. 

Dostlarınızla Paylaşın
FacebookTwitterLinkedInWhatsApp

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan