11-12 dekabr, 2021-ci il tarixlərində Tovuz “ASAN HƏYAT” Kompleksində Resurs Mərkəzinin istiqamətləri üzrə region gəncləri üçün seminarlar təşkil edilib.
Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icrası davam etdirilən “Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi” Tovuz rayonunda sessiyalar təşkil edib. Layihənin məqsədi Azərbaycanın Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır.
Region gənclərinə sahibkarlıq təhsili üzrə “Sahibkarlıqda marketinq” mövzusu, icma inkişafı üzrə isə “gənclərin ictimai iştirakçılığı” mövzularında sessiyalar verilib. Sessiyaları Resurs Mərkəzinin ekspertləri təqdim ediblər.
Sessiyalar qeyri-formal təhsil metodları ilə icra edilib və 20-ə yaxın region gəncini əhatə edib.
Qeyd edək ki, fəaliyyətlər ASAN Könüllülük Məktəbinin əməkdaşlığı ilə həyata keçirilib.