Resurs Mərkəzi Tovuzda gənclər üçün seminarlar təşkil edib.

11-12 dekabr, 2021-ci il tarixlərində Tovuz “ASAN HƏYAT” Kompleksində Resurs Mərkəzinin istiqamətləri üzrə region gəncləri üçün seminarlar təşkil edilib. Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icrası davam etdirilən “Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi” Tovuz rayonunda sessiyalar təşkil edib. Layihənin məqsədi Azərbaycanın Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır. Region gənclərinə sahibkarlıq təhsili üzrə “Sahibkarlıqda marketinq” mövzusu, icma inkişafı üzrə isə “gənclərin ictimai iştirakçılığı” mövzularında sessiyalar verilib. Sessiyaları Resurs Mərkəzinin ekspertləri təqdim ediblər. Sessiyalar qeyri-formal təhsil metodları ilə icra edilib və 20-ə yaxın region gəncini əhatə edib. Qeyd edək ki, fəaliyyətlər ASAN Könüllülük Məktəbinin əməkdaşlığı ilə həyata keçirilib.
Resurs Mərkəzinin fəaliyyətləri davam edir.

Erasmus+ Açar Fəaliyyət 2 (KA 2) Proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi daxilində fəaliyyətlər davam etməkdədir. 27.08.2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Resurs Mərkəzi nəznində gənclər üçün məşğulluq bacarıqlarının artırılması ilə bağlı praktiki sessiyalar baş tutub. Azərbaycan Texnologiya Universitetinin İKİEM-nin direktoru Zaur Əliyev tərəfindən “İş müsahibələrində davranış” adlı sessiya keçirilib. Sessiyada iştirakçıların diqqətinə müsahibə zamanı namizədlər nələrə diqqət etməlidirlər, buraxılan səhvlər, müsahibə zamanı kommunikasiya nəcə qurulmalı kimi vacib məqamlar çatdırılıb. Daha sonra isə universitetin İKİEM-nin İnsan Resursları üzrə mütəxəssisi Leyla Rzayeva tərəfindən “Doğru CV necə hazırlanmalı?” başlığında seminar keçirilib. Seminarda CV və rezümenin oxşar və fərqli cəhətləri, CV nəyə lazımdır, CV–nin sturukturu, dizaynı, CV-nin tərtib edilməsi prinsipləri, CV-ni necə daha cəlbedici etmək olar, CV-lərdə ən çox yol verilən xətalar və s. məqamlardan söhbət açılıb.
Yerli gənclər Erasmus+ beynəlxalq təlim kursunda iştirak ediblər.

“Gələcəyə Körpü” GİB-in nümayəndələri 17-25 Sentyabr, 2021-ci il tarixlərində Gürcüstanın Misaktsieli bölgəsində Erasmus+ Proqramı çərçivəsində icra olunan təlim kursunda iştirak ediblər. “Mədəniyyətlərin körpüsü” adlı mədəniyyətlərarası mübadilədən bəhs edən təlim kursunda 9 Aİ və qeyri-Aİ ölkələrindən olan gənclər iştirak ediblər. Təlim kursunun məqsədi gəncləri mədəniyyətlərarası mübadiləni təşviq etməkdə, anlayış və tolerantlığın gənclər işi sahəsində yayılmasında onların bacarıq və biliklərini artırmaq, o cümlədən nəzəri və praktiki sessiyalarlar təcrübələrini artırmaq idi. Layihə Erasmus+ Proqramı tərəfindən maliyyələşib və İCRP Budapeşt təşkilatı tərəfindən icra olunub.
“Gələcəyə Körpü” GİB kənd gəncləri üçün fəaliyyətlər həyata keçirib.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə icra edilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi davam edir. Layihə çərçivəsində 20-21.08.2021-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Qazax rayonunun Daşsalahlı və Şıxlı kəndinə səfər etdi. Səfər ərzində kənd gənclərinə təşkilatın fəaliyyətləri haqqında məlumat verildi, onlar üçün müxtəlif faydalı təlimlər, praktik bacarıqlar əldə etmələri üçün vörkşoplar və simulyasiya oyunları həyata keçirildi. Qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır. Məlumat üçün qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır. Bildirmək istərdik ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.
Gəncədə “Gənclər üçün Sahibkarlıq və İcma İnkişafı” Forumu həyata keçirilib.

12-13 iyul, 2021-ci il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclər üçün Sahibkarlıq və İcma İnkişafı”Forumu həyata keçirilib. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icra etdiyi “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi çərçivəsində baş tutan Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı və “ASAN School”un əməkdaşlığı ilə ərsəyə gəlib. 2 günlük forumda rəsmilər, dövlət və özəl sektordan dəvət edilən spikerlər iştirak edib. Forumun 1-ci günündə Biznes konsultant və peşəkar idarəçi Fəxri Ağayevin, Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadənin, Gəncədə yerləşən “London CoffeeShop”un təsisçisi Mustafa Rəfiyevin, Gəncə KOBİM-in rəhbəri Rəvan Cəfərlinin, “KOB Dostu” departamenti Gəncə KOB Dostu Nəzrin Tağıyevanın və Azərbaycan Texnologiya Universitetinin Elm və Xarici Əlaqələr departamentinin müdiri Ülviyyə Məmmədovanın müvafiq mövzularda panelləri baş tutub. Forumun 2-ci günündə Milli Məclisin deputatı Müşfiq Cəfərovun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin direktoru Seymur Vəliyevin və Gəncə şəhəri Gənclər Evinin direktoru Amil Qurbanovun, o cümlədən layihənin mentor-təlimçiləri Sevinc Məmmədova və Seymur Sadıxovun, Dövlət Məşğulluq Agentliyinin layihələrlə iş departamentinin baş mütəxəssisi Rəşidə Abdullayevanın panelləri olub. Sonda isə iştirakçılar üçün Forumda əməkdaşlıq edilən təşkilatların “Gənclər üçün imkanlar” başlığı ilə təqdimatları həyata keçirilib. Layihə nəznində yaradılan Resurs Mərkəzi Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərəcəkdir. Resurs Mərkəzi 8 ay müddətində müxtəlif fəaliyyətlərin icrasını nəzərdə tutur.