Gəncədə gənclərin ekoloji ideya marafonu təşkil olundu.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Ekologiyanın qorunmasında gənclərin ideya marafonu” layihəsinə start verildi. Layihənin əsas məqsədi region gəncləri arasında ekoloji məsuliyyəti artırmaq, onları ətraf mühit problemlərinin həlli üçün yaradıcı ideyalar irəli sürməyə təşviq etməkdir. Layihə çərçivəsində Gəncə şəhəri və ətraf regionlardan seçilmiş 16-29 yaş arası 15 nəfər motivasiyalı gənc üç mərhələdən ibarət ideyatona cəlb olundular. İştirakçılar peşəkar fasilitatorun rəhbərliyi altında 3 komandaya bölünərək çalışdılar. Layihə müddətində gənclər üçün 10-14 avqust 2026-cı il tarixlərində ideyaton prosesi mövzusu ilə bağlı təlimatlandırma, günlük komanda işi, təqdimat bacarıqları, biznes planlaşdırma və marketinq strategiyasının qurulması mövzularında təlimlər keçirildi. Təlimlərlə yanaşı, iştirakçıların ekoloji problemlərin mahiyyətini praktiki olaraq dərk etmələri və cəmiyyətdə ekoloji mədəniyyəti təbliğ etmələri üçün 15 avqust 2026-cı il tarixində Gəncə şəhəri, Comərd Qəssab türbəsi ərazisində ictimai təmizlik aksiyası baş tutdu. 22.08.2026 tarixində yekun təqdimat tədbirində “We all winner”, “EcoBrain” və “Gold winners” komandaları, münsiflər heyəti (layihənin fasilitatoru Elnur Arifzadə, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov və “Zarif Natural” brendinin təsisçisi Fidan Zari) qarşısında öz innovativ ideyalarını və həll təkliflərini təqdim etdilər. Münsiflər heyətinin qərarına əsasən, yekun təqdimatda qalib olan “We all winner” komandasının “ECOPOINT” layihəsi oldu. “ECOPOINT” layihəsi təkrar emala yararlı tullantıların – kağız, plastik, şüşə və metalın ECOPOINT məntəqələrində toplanaraq təkrar emala yönləndirilməsini hədəfləyir. Layihə tullantıların ətraf mühitə təsirini azaltmağı və onların yenidən xammal kimi istehsalata qaytarılmasını nəzərdə tutur. Eyni zamanda, ECOPOINT mobil tətbiqi vasitəsilə istifadəçilərə ECOCOIN qazandırılaraq onların tullantıları məntəqələrə təhvili təşviq olunur. Qaliblərə kubok və mükafatlar təqdim olundu. Bundan sonra isə, qeyri-rəsmi görüş baş tutdu.
Gəncədə gənclərin ekoloji ideya marafonu təşkil olundu.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Ekologiyanın qorunmasında gənclərin ideya marafonu” layihəsinə start verildi. Layihənin əsas məqsədi region gəncləri arasında ekoloji məsuliyyəti artırmaq, onları ətraf mühit problemlərinin həlli üçün yaradıcı ideyalar irəli sürməyə təşviq etməkdir. Layihə çərçivəsində Gəncə şəhəri və ətraf regionlardan seçilmiş 16-29 yaş arası 20 nəfər motivasiyalı gənc üç mərhələdən ibarət İdeyatona cəlb olundular. İştirakçılar peşəkar fasilitatorun rəhbərliyi altında 4 komandaya bölünərək çalışdılar. Layihə müddətində gənclər üçün 10-14 avqust 2026-cı il tarixlərində INNOHUB – İnnovativ Tədris Mərkəzində ideyasiya prosesi mövzusu ilə bağlı təlimatlandırma, günlük komanda işi, təqdimat bacarıqları, biznes planlaşdırma və marketinq strategiyasının qurulması mövzularında təlimlər keçirildi. Təlimlərlə yanaşı, iştirakçıların ekoloji problemlərin mahiyyətini praktiki olaraq dərk etmələri və cəmiyyətdə ekoloji mədəniyyəti təbliğ etmələri üçün 15 avqust 2026-cı il tarixində Gəncə şəhəri, Comərd Qəssab türbəsi ərazisində ictimai təmizlik aksiyası baş tutdu. Layihənin növbəti mərhələsində iştirakçılar hazırladıqları ideyaları 22 avqust 2026-cı il saat 14:00-da INNOHUB – İnnovativ Tədris Mərkəzində keçiriləcək yekun təqdimat günündə münsiflər heyəti qarşısında təqdim edəcəklər. Təqdim olunan layihələr innovativlik, tətbiq oluna bilmə potensialı və sosial təsiri baxımından qiymətləndiriləcək.
“Qarabağa aparan bilik yolu” layihəsi çərçivəsində Qarabağa öyrənmə səfəri həyata keçirildi.

Səfər layihənin ilk mərhələsində baş tutmuş intellektual yarışın nəticəsində ilk 3 yerə layiq görülmüş komandalar üçün təşkil olundu.Səfər çərçivəsində Qarabağ iqtisadi rayonunun Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərləri, Qarabağın ədəbi-mədəni irsini özündə əks etdirən abidələr və məkanlar ziyarət olundu. Qeyd edək ki, səfər qalıb komandalara mükafat qismində təşkil edilib. Qarabağa aparan bilik yolu layihəsi Azərbaycan respublikasının Gənclər Fondunun dəstəyi və Gələcəyə Körpü Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
“Qarabağa aparan bilik yolu” layihəsi çərçivəsində gənclərarası intellektual yarışın final mərhələsi baş tutub.

Bu dəfə yarışda Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrini təmsil edən komandalara, kolleclərin və ictimai təşkilatların gəncləri də qoşulub. Yarışın nəticəsi olaraq 1-ci yerə Gəncə Gənclər Evini təmsil edən “GİOK”, 2-ci yerə Gəncə Dövlət Universitetini təmsil edən “Sadəcə boyz”, 3-cü yerə isə Gəncə Maarif Evi İB-ni təmsil edən “Maarifçilər” komandası layiq görülüb. Layihənin növbəti mərhələsi olaraq qeyd olunan komandaların üzvləri ilə Qarabağ səfəri həyata keçiriləcək. Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
“Qarabağa aparan bilik yolu” layihəsi çərçivəsində gənclərarası intellektual yarışın ilk mərhələsi baş tutub.

“Nə?, harada?, nə zaman?” formatında təşkil olunan yarışda Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbələri komanda şəklində iştirak edib və Qarabağın mədəni irsi və tarixi ilə bağlı olan suallar ilə biliklərini sınayıblar. Bu mərhələnin nəticəsi olaraq hər bir ali təhsil müəssisəsindən 2 komanda yarışın finalına vəsiqə qazanacaq. Sonda isə ilk 3 yeri qazanmış komandalar layihə çərçivəsində qısa #Qarabağ turu ilə mükafatlandırılacaq. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
“Gələcəyə Körpü” GİB tərəfindən icra olunan “INNOHUB” layihəsi çərçivəsində gənclər üçün Mentorluq Proqramına start verilib.

Mentorluq proqramına daha əvvəl veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələri üzrə layihə çərçivəsində təşkil olunmuş peşəkar təlim proqramlarını uğurla tamamlamış gənclər qoşulublar. Onlar TOT (Training of Trainers) formatında keçirilən bu təlimlərdə mentor kimi peşəkarlıq qazanmaq üçün əsas bacarıqları mənimsəyir və öyrəndiklərini növbəti gənclərə daha effektiv şəkildə ötürmək bacarığını inkişaf etdirirlər. Proqramı uğurla yekunlaşdıran iştirakçılara sonda peşəkar TOT təlimi sertifikatı təqdim olunacaq. Bununla da onlar həm ixtisaslaşdıqları sahələr üzrə, həm də mentorluq istiqamətində fəaliyyətlərini peşəkar şəkildə davam etdirmək imkanı əldə edəcəklər. INNOHUB layihəsinin məqsədi gənclərin məşğulluq imkanlarını dəstəkləmək və bununla bağlı regiondakı gənclər üçün veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq mövzuları üzrə təlimlər təşkil etməkdir.
Gəncədə InnoHub fəaliyyətə başladı.

14 aprel 2025-ci il tarixində Gəncə şəhərində region gənclərinin texnoloji və innovativ bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan InnoHub-ın açılış mərasimi baş tutub. Tədbirdə yerli idarəetmə qurumlarının nümayəndələri, tərəfdaşlar və gənclər iştirak ediblər. InnoHub, Gəncə şəhərində gənclərə tam ödənişsiz, yüksək texnologiyalarla təchiz olunmuş təlim və inkişaf mühiti təqdim edir. Məkan gənclər üçün innovasiya, bilik və texnoloji bacarıqlar mərkəzi olaraq fəaliyyət göstərəcək. Gənclər burada 6 və 4 aylıq proqramlar çərçivəsində veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq sahələrində təlim alacaqlar. Təlimlər layihənin tərəfdaşı olan Div Academy-nin peşəkar təlimçiləri tərəfindən həyata keçirilir. Proqramları uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar. Eyni zamanda, InnoHub məzunları üçün regionda real iş imkanlarının yaradılması da əsas hədəflərdəndir. Tədris proqramları real əmək bazarı tələblərinə və aktual trendlərə əsaslanır. Layihənin əsas məqsədi region gənclərini innovativ düşüncəli, rəqabətədavamlı və peşəkar kadrlar kimi yetişdirməkdir. Layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Div Academy-nin tərəfdaşlığı ilə həyata keçirilir.
Gəncə şagirdləri üçün “Müasir çağırışların carçısı – peşə təhsili” layihəsi davam edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində “Müasir çağırışların carçısı – peşə təhsili” adlı layihəsi qalib olmuşdur. Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və sahənin potensialı ilə valideynlərin düzgün istiqamətdə maarifləndirilməsidir. 2025-ci ilin aprel ayı ərzində layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə məlumatlandırıcı seminarlar təşkil edilir. Bu görüşlərin hər məktəbdə 1 gün olmaqla (hər məktəb üçün 20 nəfər 7-9-cu sinif şagirdi) 8 məktəbi və ümumilikdə 160 nəfər şagirdi əhatə etməsi nəzərdə tutulur. Seminarlarda şagirdlərə peşə təhsili və təlimi haqqında geniş məlumat veriləcək, onlarla müvafiq mövzularda müzakirələr aparılacaq. Bununla da regionda təhsil alan şagirdlərin bu sahədə ümumi məlumatlılığı artırılacaq. Daha sonra seminarlarda iştirak etmiş şagirdlərdən ibarət qrupun Gəncədə yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə öyrənmə səfəri təşkil ediləcək ki, bu da onların praktiki biliklərini artıracaq və onlarda bu sahələrə stimul yaradacaq. Öyrənmə səfəri həmin Mərkəzlərin maddi-texniki bazası, tədris edilən peşə ixtisasları, ümumi tədris şəraiti və s. haqqında şagirdlər arasında təəssüratı genişləndiriləcək. Bunun ardınca isə həmin şagirdlərin valideynlərindən ibarət qrupla maarifləndirici görüş keçirilərək onların müvafiq sahə üzrə məlumatlılığı artırılacaq, sualları cavablandırılacaq və həvəsi olan övladlarının peşə sahəsi üzrə inkişafına müsbət imkanlar yaranacaq.
Gəncə şəhərində yaradıcı gənclər üçün layihə icra edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Region gənclərinin kinematoqrafiya akademiyası” adlı layihəsi icra olunur. Layihənin məqsədi kinematoqrafiya sahəsinə marağı olan region gənclərinin yaradıcılıq potensialını üzə çıxarmaq və onların peşəkar səviyyədə təcrübələrini artırmaqdır. Layihə Gəncə şəhəri və ətraf regionlarda yaşayan 17-29 yaş arası mədəniyyət sahəsində, xüsusilə aktyorluq, rejissorluq və ssenaristlik sahələrinə həvəsli olan gənclərin müsabiqə yolu (elektron müraciət və müsahibə yolları) ilə seçilərək, peşəkar mədəniyyət ekspertləri tərəfindən xüsusi təlim kurslarında müvafiq bölgülər üzrə təlimləndirilməsi, daha sonra komandalar şəklində bölünərək öz məhsullarını (qısametrajlı film) hazırlamalarından bəhs edir. Layihə çərçivəsində ilkin olaraq qeyd olunan sahələr üzrə hər birində 8 nəfər olmaqla ümumilikdə 24 nəfər region gənci üçün təlimlər təşkil edilib. Peşəkar ekspert tərəfindən verilən təlimlər vasitəsilə layihə benefisiarları müvafiq sahələr üzrə məlumatlar əldə etdilər və praktiki təcrübə qazandılar. Növbəti mərhələdə sahələr üzrə iştirakçıların arasından müsabiqə vasitəsilə seçilən iştirakçı gənclərdən ibarət komanda tərəfindən qısametrajlı film ərsəyə gətiriləcək. Daha sonra filmin peşəkar mədəniyyət ekspertləri olan münsiflər qarşısnda təqdimatı və eyni zamanda qiymətləndirilməsi keçiriləcək. Layihənin məhsulu olacaq qısametrajli film mütxəlif sosial media hesablarında və media platformalarında yayımlanacaq.
Gəncədə “EcoTEAM” layihəsi uğurla yekunlaşdı.

yihənin üçüncü mərhələsi çərçivəsində “EcoTEAM” dən seçilmiş 5 nəfər gənc Gəncə şəhərində 5, 6, 8, 20 və 28 nömrəli tam orta məktəblərdə şagirdlərlə infosessiyalarda iştirak edərək qazandıqları bilik və təcrübələri onlarla bölüşüblər. Görüşlərdə gənclər şagirdlərlə “İqlim dəyişmələri”, “COP 29 və nəticələri”, “Dayanıqlı İnkişaf Məqsədləri” və “Dünya iqlim ölkələri” mövzularında müzakirələr aparıblar, interaktiv oyunlar, simulyasiyalar təşkil ediblər. Gənclər bu mərhələdən öncə eyni mövzuda təlim kursunda və şəhər ərazisində təşkil olunan təmizlik aksiyasında iştirak ediblər. Layihənin məqsədi regionda yaşayan ekofəal gənclərdən ibarət şəbəkə formalaşdırmaq və ətraf mühitin mühafizəsi ilə bağlı gənclər arasında məlumatlılığı artırmaqdır. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilib.