Təşkilatımız İtaliyanın Sardiniya adasının Kalyari şəhərinə 26 avqust – 2 sentyabr, 2023-cü il tarixlərində Avropa Komissiyasının Erasmus+ proqramı və İtaliya Gənclər Agentliyinın maliyyə dəstəyi ilə TDMInternational tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri #DİM əsasında təşkil olunan “Earth Connects” adlı gənclərin mübadilə tədbirində 5 nəfər gənclə təmsil olunub.

Gənclərin mübadilə proqramında “Gələcəyə Körpü” GİB-nin 3, tərəfdaşı olan “Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP)” isə 2 nümayəndəsi iştirak etməklə 12 ölkə arasında Azərbaycanı birgə təmsil ediblər.

Mübadilə proqramı çərçivəsində Azərbaycanı təmsil edən qrup Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş məlumat sessiyaları zamanı gənclərin tullantılardan faydalı istifadəsi və ictimai maarifləndirmə kimi əsas istiqamətlər haqqında məlumatlanıb, praktik məşğələlərdə iştirak edib və təbiətin qorunması üzrə yerli layihələr haqqında paylaşımlar etməklə yanaşı ölkə mədəniyyəti təqdim edib.

Təşkilatımızın Erasmus+ proqramı çərçivəsində layihə və elanları haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://bfngo.az/en/erasmus-2/

Dostlarınızla Paylaşın