“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Cəvahir Ələkbərli 13-14 aprel 2024-cü il tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa parlamentində təşkil edilən “Level Up!”  adlı gənclər forumunda təşkilatımızı təmsil edib.

Tədbirin məqsədi dilindən, dinindən, etnik mənsubiyyətindən, cinsindən və fiziki imkanlarından asılı olmayaraq onları narahat edən məsələlərdə müsbət dəyişikliyə nail olmaq istəyən bütün gənclər üçün zəruri bacarıqları formalaşdırmaqdır.

Layihə çərçivəsində Cəvahir Avropanın müxtəlif ölkələrindən qatılan 1300 nəfər gənc liderlə bir araya gəlib. Təcrübəli ekspertlər və eyni zamanda təşkilat nümayəndələri tərəfindən gənclər üçün ünsiyyət, ictimai vəkillik və təşkilatçılıq bacarıqlarının inkişafı ilə bağlı təşkil edilən interaktiv sessiyalarda iştirak edib.

Qeyd edək ki, tədbir Avropa Gənclər Forumu, Avropa Gənclər Tədbiri və Avropa Parlamentinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Dostlarınızla Paylaşın