“PAŞA Holding”in dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.  

Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir.

Layihə çərçivəsində 2-ci fazada seçilən növbəti 20 nəfər tələbə iştirakçılar üçün yumşaq bacarıqlar: təqdimat bacarıqları (pitching), komanda quruculuğu, layihə hazırlanması və idarə olunması, büdcə idarə olunması, o cümlədən CV və müsahibə mövzularında 6 günlük təlim kursu keçirilir.

1-ci faza təlim kursu 25-30 sentyabr, 2023-cü ildə Texnologiya Universitetində həyata keçirilib.

Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.

Dostlarınızla Paylaşın