“Gələcəyə Körpü” vasitəsilə Erasmus+ Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində daha bir könüllümüz Aytac Ələsgərli Almaniyanın Weimar şəhərində yerləşən EJBW (Europäische Jugendbildungs- und Jugendbegegnungsstätte Weimar) təşkilatında uzunmüddətli könüllülük fəaliyyətini davam etdirir.

Layihə çərçivəsində könüllümüz artıq 3 layihəni uğurla və yeniliklər öyrənərək başa vurub.  Eyni zamanda növbəti il üçün planlanan layihənin hazırlıqları üçün Çexiyanın paytaxtı Praqa şəhərinə iş səfərində iştirak edib.

Könüllülük müddətinin ikinci ayında Almaniyada ESC könüllülüyünə yeni başlayan bir sıra gəncin qatıldığı Bavariya, Benediktbeuern-də 1 həftəlik on-arrival seminarına qatılıb. Seminarın məqsədi ölkəyə yeni gələn gənclərin adaptasiyası, onları maraqlandıran suallar, gələcək imkanlar, hüquq və vəzifələr barədə ətraflı məlumatlandırmaq idi.

Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir.

Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en

Dostlarınızla Paylaşın