
Bu dəfə yarışda Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrini təmsil edən komandalara, kolleclərin və ictimai təşkilatların gəncləri də qoşulub.
Yarışın nəticəsi olaraq 1-ci yerə Gəncə Gənclər Evini təmsil edən “GİOK”, 2-ci yerə Gəncə Dövlət Universitetini təmsil edən “Sadəcə boyz”, 3-cü yerə isə Gəncə Maarif Evi İB-ni təmsil edən “Maarifçilər” komandası layiq görülüb.
Layihənin növbəti mərhələsi olaraq qeyd olunan komandaların üzvləri ilə Qarabağ səfəri həyata keçiriləcək.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.