“Nə?, harada?, nə zaman?” formatında təşkil olunan yarışda Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbələri komanda şəklində iştirak edib və Qarabağın mədəni irsi və tarixi ilə bağlı olan suallar ilə biliklərini sınayıblar.

Bu mərhələnin nəticəsi olaraq hər bir ali təhsil müəssisəsindən 2 komanda yarışın finalına vəsiqə qazanacaq. Sonda isə ilk 3 yeri qazanmış komandalar layihə çərçivəsində qısa #Qarabağ turu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan