“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən göndərilən gənclər 17-25 oktyabr, 2023-cü il tarixlərində Erasmus+ Proqramı tərəfindən dəstəklənən proqram çərçivəsində Gürcüstanın Kobuleti rayonunda “Gənclərin səlahiyyətləndirilməsi və icma inkişafı üzrə təcrübələrin paylaşılması” adlı beynəlxalq təlim kursunda iştirak ediblər. Proqram Almaniyadan olan tərəfdaş təşkilat “Avropa Mədəniyyətlərarası Forumu” tərəfindən həyata keçirilib.

7 ölkədən olan nümayəndələrin cəlb olunduğu təlim kursunda ölkəmizi Birlik tərəfindən göndərilən 3 nəfər gənc iştirakçı təmsil edib.

Proqramın məqsədi gəncləri icmanın inkişafında fəal iştirak etmək üçün gücləndirmək üçün lazım olan bacarıqları inkişaf etdirməkdir. Proqramın xüsusi diqqət mərkəzində icma tədqiqatının aparılmasın, kontekst təhlilindən layihənin dizaynına qədər gənclər layihələrinin necə planlaşdırılması olacaqdır.

Təşkilatımızın Erasmus+ proqramı çərçivəsində layihə və elanları haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://bfngo.az/en/erasmus-2/

Dostlarınızla Paylaşın